Tenqri
Ana Səhifə
Dünya

Dərd dərdlə unudulur

"- Yura əmi, siz basketbolu sevirsiniz? - mən ondan soruşdum Nifrət edirəm, - onun qəfil cavabından donub qaldım Onda nə üçün oynayırsınız? Sən bunu başa düşməzsən, - o, fikirli halda dedi. - Basketbol yeganə yerdir ki, mən orada özümü adam kimi hiss edirəm" Yura əmi abxaz əsilli rus yazıçı Fazi

0 baxış525.az
Dərd dərdlə unudulur
Paylaş:

"- Yura əmi, siz basketbolu sevirsiniz? - mən ondan soruşdum Nifrət edirəm, - onun qəfil cavabından donub qaldım Onda nə üçün oynayırsınız? Sən bunu başa düşməzsən, - o, fikirli halda dedi. - Basketbol yeganə yerdir ki, mən orada özümü adam kimi hiss edirəm" Yura əmi abxaz əsilli rus yazıçı Fazil İskəndərin "Nəhəng" adlı hekayəsinin qəhrəmanıdır. Hekayənin adı elə Yura əminin boyuna biçilib. Yura əmi çox hündürdür. O qədər hündürdür ki, insanlar onunla ünsiyyətdən çəkinirlər, ondan qorxurlar. Boyunun çox uzun olması Yura əminin dostsuz və ailəsiz olmasına, sözün əsl mənasında tək qalmasına səbəb olub Yuxarıdakı dialoqdan da başa düşdüyümüz kimi, Yura əmi nifrət etdiyi basketbolu ona görə oynayır ki, basketbolda komanda yoldaşlarının ona ehtiyacı var. Basketbolda Yura əmini adam yerinə qoyurlar. Basketboldan sonra isə, şair demiş, yenə əvvəlki həyat Yura əmi bir hekayə qəhrəmanıdır. Təxəyyül məhsuludur, yoxsa yazıçı Fazil İskəndər bu obrazla real həyatda qarşılaşıb - bu haqda heç bir məlumatım yoxdur. Lakin bir şeyi dəqiq bilirəm: Yura əmi kimi insanlar çoxdur və onlar tənhalıqlarından xilas ola bilmirlər cı illərdə yaşamış Jozef Merrikin həyatına nəzər saldıqda Yura əminin həyatına şükür etməli oluruq. Şair Vaqif Bayatlının bir misrası lap yerinə düşür: Sevgi sevgiylə, dərd dərdlə unudulur Sevgini başqa yazılar üçün saxlayıb misranın dərdli tərəfini bu yazıda işıqlandırmaq istəyirəm. Jozef Merrikin dərdi Yura əminin dərdinə oxşayır, amma xeyli böyükdür 5 yaşına qədər həyatında hər şey normal gedən Jozefin vücudunda birdən-birə anormallıqlar görünməyə başlamışdı. Deformasiyalar və sümük böyümələri. Jozef 11 yaşında olanda bədənindəki anormallıqlar bəs deyilmiş kimi, həyat ona başqa zərbələr də vurmuşdu - qardaşları və anası vəfat etmiş, atası başqa qadınla evlənmişdi. Bir daha anası kimi onu heç kim sevməmiş, tənhalıq uçurumuna yuvarlanmışdı. 17 yaşında atası və ögey anası tərəfindən evdən qovulan Jozef kimsəsizlər evinə sığınmış, amma orada da ağır işlərdə çalışdırıldığına görə qaçmaq məcburiyyətində qalmışdı Həmin dövrdə tanış olduğu bir menecer onu "Fil adam" adıyla sirk səhnələrinə çıxarmışdı və bu sayədə müvəqqəti uğur qazanmışdı, müəyyən qədər pul yığmışdı. Günlərin bir günü həmin menecer Jozefi döymüş, bütün pulunu əlindən alıb aradan çıxmışdı Və o, Frederik Treves adlı bir həkimlə tanış olmuş, həmin həkimin köməyi ilə Londonda bir xəstəxanaya yerləşdirilmişdi. Ömrünün sonunacan həmin xəstəxanada qalan Jozef 27 yaşında vəfat etmişdi. Siz onun kədərli həyatı haqqında çəkilmiş "Fil adam" filminə baxa bilərsiniz Xarici görünüşünə görə cəmiyyət tərəfindən fiziki və ya mənəvi zorakılığa məruz qalanlar arasında məşhur "Sol ayağım" avtobioqrafik romanının müəllifi, yazıçı Kristi Braun, əlləri və ayaqları olmadan dünyaya göz açan məşhur motivator Nik Vuyçiç, çox nadir xəstəliklə doğulan yazıçı və yutuber Lizzie Velasquez və tanıdığımız-tanımadığımız xeyli insan var Onlardan bəziləri öz tənhalıqlarından çətinliklə də olsa çıxa bilirlər, çoxları isə, o tənhalıqdan nəinki çıxa bilirlər, heç çıxmaq da istəmirlər. Qorxurlar. Qorxmaqda da təəssüf ki, haqlıdırlar. Çünki insanlar nəinki özlərinə oxşamayanları, heç özlərinə oxşayanları da sevə bilmirlər. Ona görə mən bir neçə abzas bundan əvvəl dediyim bir misra şeirin sevgi tərəfini başqa yazılar üçün saxladım. Bəlkə də o yazıları heç vaxt yaza bilməyəcəyəm

Kaynak: 525.az

Diğer Haberler