Tenqri
Ana Səhifə
Dünya

Doğub, törəyib, sonra da “Pulumu verin!” deyə qışqırmayın - Mir Şahin

Tanınmış jurnalist, Real TV-nin rəhbəri Mir Şahin “uşaq pulu” ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrə sərt münasibət bildirib O, Kamal Abdulla və deputat Günay Ağamalının fikirlərinə görə sosial şəbəkələrdə linç edilməsini tənqid edib. Mir Şahin bildirib ki, rəqəmsal platformalar azad sö

0 baxışpublika.az
Doğub, törəyib, sonra da “Pulumu verin!” deyə qışqırmayın - Mir Şahin
Paylaş:

Tanınmış jurnalist, Real TV-nin rəhbəri Mir Şahin “uşaq pulu” ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrə sərt münasibət bildirib O, Kamal Abdulla və deputat Günay Ağamalının fikirlərinə görə sosial şəbəkələrdə linç edilməsini tənqid edib. Mir Şahin bildirib ki, rəqəmsal platformalar azad söz meydanı kimi təqdim olunsa da, fərqli fikir söyləyən şəxslər dərhal təhqir və təzyiqlə üzləşirlər: “UŞAQ PULU, YOXSA NİSYƏ DƏFTƏRİ? Əvvəlcə, rəqəmsal mühitin təqdim və təlqin etdiyi “söz azadlığı” haqqında: Deməli, iki vətəndaş-Azərbaycan yazıçısı, şairi, dramaturqu, alimi-Kamal Abdulla və Milli Məclisin üzvü, Ana Vətən partiyasının sədri, Qadın, Ana-Günay Ağamalı müsahibə verib; biri cəmiyyətdə, ailədə qadının rolu haqqında danışıb, o biri isə xüsusilə populistlərin gündəmini zəbt edən “uşaq pulu” mövzusuna toxunub. Və dərhal da hər iki şəxsə sosial şəbəkələrdə linç qurulub. Anasından söyüş əmən kim, atasından təhqirlə əkilən kim… Düşüblər öz söz azadlığı haqqından istifadə edən bu iki nəfərin üstünə. Niyə? Ona görə ki, plintusaşırı səviyyəlilərin, populizmin avanqardında gedənlərin beyni dərinə enə, dünya miqyasında düşünə, məsələn, Bakıda keçirilən urbanizasiya forumunun məramı, qayəsi boyda fikirləşə bilmir. Onlar yalnız bəzi belə bəsit mövzularda fəal ola bilirlər. Qaragüruhun rəqəmsal platformaları mənəvi terror yuvasına çevirməsi isə öz işini görür. Kamal Abdulla və Günay Ağamalı tək qalır, çünki onlar kimi düşünən başqaları sosial şəbəkə naqqallarının təzyiqi altında, təhqir xofu qarşısında susmağı seçib. Nəticədə “sən Allah, xətası məndən uzaq!” yanaşması üstün gəlir. Təkrar edirəm: -bu gün Azərbaycan Dünya Şəhərsalma Forumunu qəbul edir Bu gün Bakı BMT-nin Baş Qərargahı, Dünyanın paytaxtıdır Necə deyərlər, bütün yollar bizə gətirib çıxarır. Yer Kürəsi nəhəng məsələləri Bakı Olimpiya stadionunda-WUF13-də müzakirə edir. Bizdə Sosial Şəbəkələrdə isə bir bölük, bir ovuc həpənd uşaq pulu məsələsi və qadının ailə başçısı tək bəzi təbii səlahiyyətlərini dartışır: tərbiyəsiz və həyasız şəkildə. Ən bəsit, populist, plintusaşırı səviyyədə. Söyüş və təhqirin, təhdid və təzyiqin müşayiəti ilə Axı rəqəmsal platformaları bizə durmadan azad söz piştaxtası, fikir sərbəstliyi meydanı tək təqdim ediblər. Onda niyə Kamal Abdullanın-nəhəng Azərbaycan mütəfəkkirinin sözünün hülqumuna ayaq basırlar? Niyə Günay Ağamalının-ananın, qadının, millət vəkilinin səsini boğmağa, dediyinə peşiman etməyə çalışırlar? Üzümü şəbəkə naqqallarına tuturam: Bura baxın, həpəndlər, əgər uşaq pulu sizə özünüzəbənzər güruh tikələri törətmək, Günay Ağamalının-Qadının, Ananın üzünə ağ olmağa qadir “canlılar” doğurmaq üçün lazımdırsa, ya aptekə gedin, ya da nisyə dəftərinə doğub-törəyin! Yaxud o pula törədəcəyiniz uşaqlar böyüyüb Kamal Abdullanı linç etməyə cumacaqsa, yaratmayın o zavallı potensial qaragüruhçu nəsli…Qoy uşaqlar sevgidən doğulsunlar, maliyyə sənədlərindən yox. Az olsunlar, amma sevgi balaları olsunlar! Doğub, törəyib, sonra da “Pulumu verin!” deyə qışqırmayın. “Bəxtiyar” olmayacaqsınız!” Qeyd edək ki, son günlər deputat Günay Ağamalı və Xalq yazıçısı Kamal Abdullanin ailə, qadının cəmiyyətdəki rolu və “uşaq pulu” ilə bağlı səsləndirdikləri fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hər iki şəxsə qarşı müxtəlif tənqidi və təhqiramiz paylaşımlar edilməsi ictimai müzakirələrdə söz azadlığı və sosial şəbəkə etikası məsələsini yenidən gündəmə gətirib Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul edildi Bu qəzalarla bağlı yeni qərar - Qiymətləndirmə qaydaları dəyişdi Laçında keçirilən əmək yarmarkasında 90-dək vakansiya təqdim olundu - Foto Ünvanlı sosial yardımın məbləğinin ən yüksək olduğu rayonlar - Siyahı Qurban bayramında bunlara yol verilməyəcək - Rəsmi açıqlama WUF13-ə ev sahibliyi Meksikaya ötürüldü Günün ulduz falı: hədəflərinizi dəqiq müəyyənləşdirin! "Mən yaşamıram, zülm çəkirəm, qızımın toyundan sonra..." - Xalq artisti Qeyri-sabit hava bu tarixədək davam edəcək - Proqnoz Ətin qiyməti 39 manata qalxdı - Səbəbi bu imiş DİM qərar verdi: Mayın 17-də imtahan verənlərin nəzərinə! Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! Kılıçdaroğluya 2 milyonluq zərbə: Sədr olan kimi Cümhuriyyət Xalq Partiyası parçalanır - CHP-nin yerinə yeni partiya yaradılır

Kaynak: publika.az

Diğer Haberler