Əlavə məzuniyyət: kim əlavə istirahət günləri alır?
Əmək Məcəlləsinə əsasən, bəzi kateqoriyadan olan işçilərə əsas məzuniyyətlə yanaşı, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri, iş stajı və ailə vəziyyəti nəzərə alınmaqla əlavə məzuniyyət də verilir Day.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb B

Əmək Məcəlləsinə əsasən, bəzi kateqoriyadan olan işçilərə əsas məzuniyyətlə yanaşı, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri, iş stajı və ailə vəziyyəti nəzərə alınmaqla əlavə məzuniyyət də verilir Day.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb Belə ki, zərərli və ağır işlərdə, yeraltı işlərdə, habelə yüksək diqqət cəmlənməsi, emosional gərginlik, əqli və fiziki gərginlik tələb edən əmək funksiyalarını yerinə yetirən işçilərə azı altı təqvim günü müddətində əlavə məzuniyyət verilir. Təhlükəli və ağır sənaye sahələrinin, belə məzuniyyət hüququ verən peşə və vəzifələrin siyahısı müəyyən edilmiş qaydada təsdiq edilir İş stajına görə əlavə məzuniyyət hüququ işçinin işəgötürənlə bağlanmış əmək müqaviləsi üzrə faktiki işlədiyi müddət əsasında müəyyən edilir. Beş ildən on ilədək iş təcrübəsi olduqda iki əlavə təqvim günü, on ildən on beş ilədək - dörd gün, on beş ildən artıq - altı gün verilir Qanunvericilikdə uşaqlı qadınlar üçün əlavə məzuniyyət də nəzərdə tutulur. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 14 yaşınadək iki uşağı böyüdən qadınlara əlavə iki təqvim günü məzuniyyət verilir. 14 yaşınadək üç və ya daha çox uşağı və ya əlil uşağı olan qadınlara beş təqvim günü əlavə məzuniyyət verilir Bu hüquqdan uşaqları təkbaşına böyüdən atalar, habelə uşaqları övladlığa götürmüş şəxslər də istifadə edə bilərlər Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


