Tenqri
Ana Səhifə
Dünya

"İran səmasında istənilən nöqtəyə uçacağıq": Netanyahu F-35 və F-15 eskadrilyalarının alınması ilə bağlı - yenilənib 16:27

İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin yeni döyüş təyyarələrinin alınması və yerli silah istehsalının genişləndirilməsi daxil olmaqla, ölkənin hərbi potensialını gücləndirmək planlarını açıqlayaraq, İsrailin iki yeni F-35 və F-15İA döyüş təyyarələri eskadrilyasını alacağını təsdiqləyib “B

0 baxışhaqqin.az
"İran səmasında istənilən nöqtəyə uçacağıq": Netanyahu F-35 və F-15 eskadrilyalarının alınması ilə bağlı - yenilənib 16:27
Paylaş:

İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin yeni döyüş təyyarələrinin alınması və yerli silah istehsalının genişləndirilməsi daxil olmaqla, ölkənin hərbi potensialını gücləndirmək planlarını açıqlayaraq, İsrailin iki yeni F-35 və F-15İA döyüş təyyarələri eskadrilyasını alacağını təsdiqləyib “Bu təyyarələr (F-35 və F-15IA) İsrailin böyük hava üstünlüyünü gücləndirir”, - Netanyahu bildirib İsrailin baş naziri əmin olduğunu bildirib ki, israilli pilotlar “İran səmasında istənilən nöqtəyə çata bilərlər və lazım gələrsə, bunu etməyə hazırdırlar”. Netanyahu İsrail daxilində silah-sursat istehsalı üçün öz istehsal gücünün yaradılmasına sərmayə qoyuluşuna dair göstəriş verdiyini də bildirib: “Yaxın onillikdə bu silahları daxili istehsal etmək və xarici tədarükdən asılı olmamaq üçün müdafiə büdcəsinə 350 milyard şekel əlavə edəcəyik” Bundan əlavə, baş nazir bildirib ki, İsrail yerli istehsal olan yeni təyyarələr hazırlamaq niyyətindədir. Netanyahu əmindir: “Bu, bütün mənzərəni dəyişəcək İsrail hökumətinin başçısı, bundan əlavə, "bir neçə həftə əvvəl pilotsuz uçuş aparatlarından gələn təhlükəni zərərsizləşdirmək üçün xüsusi layihənin yaradılması barədə göstəriş verdiyini" xatırladaraq, "bu gün artıq bu sahədə irəliləyişlə bağlı hesabat gözlədiyini" ifadə etdi Sonda Netanyahu vurğulayıb ki, İsrail “bütün cəbhələrdə” hərbi üstünlüyünü təmin etməyə davam edəcək İsrail Müdafiə Nazirliyi Lockheed Martin və Boeing-dən iki yeni F-35 və F-15IA döyüş təyyarələrinin alınması planını təsdiqləyib On milyardlarla şekel dəyərində olan müqavilə İsrailin hava qüvvələrini gücləndirmək üçün qabaqcıl döyüş təyyarələrinin alınmasını əhatə edir. Paketə təkcə təyyarənin özü deyil, həm də onların inteqrasiyası, texniki dəstəyi, ehtiyat hissələri və logistika xərcləri daxildir Satınalma İsrail silahlı qüvvələrinin növbəti onillik üçün uzunmüddətli inkişaf proqramının həyata keçirilməsində ilk mərhələ hesab olunur İsrail Müdafiə Nazirliyi qeyd edib ki, yeni eskadrilyalar İsrail Hərbi Hava Qüvvələrinin imkanlarını gücləndirməli və “regionda dəyişən təhlükələr” fonunda havada strateji üstünlüyün saxlanmasını təmin etməlidir İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, son hərbi əməliyyatlardan çıxarılan nəticələr hərbi potensialın sürətləndirilməsini tələb edir və yeni təyyarələrin alınması ordunun texnoloji və əməliyyat üstünlüyünü qorumağa yönəlmiş inkişaf proqramının əsas elementidir

Kaynak: haqqin.az

Diğer Haberler