Heydər Əliyev Mərkəzində “Səfərin izlərində” sənədli filmi nümayiş olunub (FOTO)
BAKI, Azərbaycan, 5 may. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində Heydər Əliyev Mərkəzində “Səfərin izlərində” sənədli filmi nümayiş etdirilib Filmin nümayişindən əvvəl layihənin müəllifi, tanınmış səyahətçi və jurnalist Azər Qərib film haqqında danışıb O qeyd

BAKI, Azərbaycan, 5 may. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində Heydər Əliyev Mərkəzində “Səfərin izlərində” sənədli filmi nümayiş etdirilib Filmin nümayişindən əvvəl layihənin müəllifi, tanınmış səyahətçi və jurnalist Azər Qərib film haqqında danışıb O qeyd edib ki, layihə seriyası çərçivəsində artıq iki film təqdim olunub. "Bu ekran əsərləri Ümummilli Liderin İtaliya və Amerika Birləşmiş Ştatlarına rəsmi səfərlərinə həsr olunub. Mayın 6-da ümummilli lider Heydər Əliyevin müxtəlif ölkələrə, o cümlədən Fransa, Böyük Britaniya, Belçika və Lüksemburq, Çin, Yaponiya, türk dünyasına rəsmi səfərlərini əks etdirən ekran əsərlərinin təqdimatı planlaşdırılır. Ekran işləri "Əliyev Məktəbi və Diomali" layihəsi çərçivəsində hazırlanıb. Ümummilli Liderin zəngin irsini və onun həyata keçirdiyi xarici siyasət strategiyasını öyrənmək və təbliğ etməkdir”, - deyə Azər Qərib vurğulayıb Sonra qonaqlar Ümummilli Liderin İtaliya və ABŞ-a rəsmi səfərlərinə həsr olunmuş filmə baxıblar
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
