Tenqri
Ana Səhifə
Dünya

Ağdam-Xankəndi dəmir yolu xəttində işlərin ilin sonunadək başa çatdırılması planlaşdırılır

Ağdam-Xankəndi dəmir yolu xəttində işlərin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır. Bu, Bakı-Ağdam qatar marşrutunu Bakı-Xankəndi istiqaməti ilə əvəz etməyə imkan verəcək Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov REAL və AZƏRTAC telekanallarına müsahibəsində deyib "

0 baxışcaliber.az
Ağdam-Xankəndi dəmir yolu xəttində işlərin ilin sonunadək başa çatdırılması planlaşdırılır
Paylaş:

Ağdam-Xankəndi dəmir yolu xəttində işlərin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır. Bu, Bakı-Ağdam qatar marşrutunu Bakı-Xankəndi istiqaməti ilə əvəz etməyə imkan verəcək Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov REAL və AZƏRTAC telekanallarına müsahibəsində deyib "Burada bir məqama diqqət çəkmək istəyirəm: biz Bakıdan Ağdama dəmir yolu reysini 1960-cı illərdə çəkilmiş 32 kilometrlik Yevlax-Bərdə hissəsində həyata keçiririk. Bu, həm təhlükəsizlik, həm də rahatlıq baxımından müasir tələblərə cavab vermir. Ona görə də biz artıq Yevlaxdan Bərdəxan istiqamətində yolun tamamilə modernləşdirilməsinə başlayırıq. sərnişinlərimizi daha rahat və təhlükəsiz şəkildə Bakıdan Xankəndinə çatdıraq, bununla əlaqədar olaraq, bu aydan etibarən Bakı-Ağdam qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq, yol tam təhlükəsiz şəkildə istifadəyə veriləcək” Onun sözlərinə görə, bundan başqa, şimal istiqamətində elektrikləşdirmə və siqnalizasiya işləri başa çatdıqdan sonra rayonlararası sərnişindaşıma coğrafiyasının genişləndirilməsi üçün gündəlik marşrut xəttinin açılması nəzərdə tutulub: “Həmçinin gündəlik Bakı-Xankəndi reysinin açılması və digər rayonlar istiqamətində dəmir yolu hərəkətinin coğrafiyasının genişləndirilməsi, qatarların sayının artırılması nəzərdə tutulur”

Kaynak: caliber.az

Diğer Haberler