Tenqri
Ana Səhifə
Dünya

Dünyanın ən yaşlı sakini Lənkəranda vəfat etdi

Azərbaycanda ən yaşlı sakin hesab olunan Tamam Əzizova vəfat edib Modern.az xəbər verir ki, 1890-cı il təvəllüdlü Lənkəran sakini Tamam Əzizova müalicə aldığı Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Məlumata görə, o, son beş gündə xəstəxananın reanimasiya şöbəsində ağır vəziyyətdə

0 baxışmodern.az
Dünyanın ən yaşlı sakini Lənkəranda vəfat etdi
Paylaş:

Azərbaycanda ən yaşlı sakin hesab olunan Tamam Əzizova vəfat edib Modern.az xəbər verir ki, 1890-cı il təvəllüdlü Lənkəran sakini Tamam Əzizova müalicə aldığı Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Məlumata görə, o, son beş gündə xəstəxananın reanimasiya şöbəsində ağır vəziyyətdə müalicə alırdı Tamam Əzizova Azərbaycanda ən yaşlı sakin hesab olunurdu. Onun yaşının 136 olduğu bildirilirdi ki, bu da beynəlxalq səviyyədə rəsmi təsdiqlənmiş ən yaşlı insanlardan təxminən 20 il çoxdur. Bununla belə, 130 yaşdan yuxarı şəxslərlə bağlı məlumatların beynəlxalq səviyyədə təsdiqlənməsi mürəkkəb proses sayılır və bunun üçün doğum sənədləri, arxiv materialları və digər rəsmi qeydlər əsas götürülür Azərbaycan isə uzunömürlüləri ilə tanınan ölkələrdən hesab olunur və xüsusilə Lerik, Lənkəran, Yardımlı kimi bölgələrdə yaşı 100-ü keçən insanlarla bağlı məlumatlar tez-tez gündəmə gəlir. Hazırda dünyanın ən yaşlı sakini britaniyalı Ethel Keterhem hesab olunur. O, İngiltərənin Surrey qraflığında yaşayır və 1909-cu ildə anadan olub. Hazırda onun 116 yaşı var

Kaynak: modern.az

Diğer Haberler