Tenqri
Ana Səhifə
Dünya

Dünyanın diqqəti Bakıdadır: WUF13-dən maraqlı görüntülər – REPORTAJ

Hazırda dünyanın diqqəti Bakı Olimpiya Stadionunda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) yönəlib AZƏRTAC xəbər verir ki, WUF13 platforması şəhərsalma, mənzil böhranı, iqlim dayanıqlığı, “ağıllı şəhərlər” və dayanıqlı inkişaf istiqamətlərində keçirilən yüksəksəvi

0 baxışazertag.az
Dünyanın diqqəti Bakıdadır: WUF13-dən maraqlı görüntülər – REPORTAJ
Paylaş:

Hazırda dünyanın diqqəti Bakı Olimpiya Stadionunda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) yönəlib AZƏRTAC xəbər verir ki, WUF13 platforması şəhərsalma, mənzil böhranı, iqlim dayanıqlığı, “ağıllı şəhərlər” və dayanıqlı inkişaf istiqamətlərində keçirilən yüksəksəviyyəli müzakirələrlə diqqət mərkəzindədir. Bununla yanaşı, WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisi də iştirakçılar tərəfindən böyük maraqla qarşılanır. Sərgi məkanında müxtəlif ölkələrin milli pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, özəl sektor təmsilçiləri və qeyri-hökumət təşkilatları (QHT) üçün xüsusi stendlər quraşdırılıb. Genişmiqyaslı ekspozisiyada hər gün şəhər mühitinin innovativ inkişafına dair yeni və maraqlı layihələr təqdim olunur Azərbaycan pavilyonunda qonaqları ilk olaraq milli musiqi sədaları qarşılayır. Sərgi məkanında yaradılan xüsusi guşədə xalçaçılıq sənətinə maraq göstərən gənclərə bu qədim sənətin incəlikləri nümayiş etdirilir. Xarici qonaqlar böyük maraqla toxunma prosesini izləyir və xatirə fotoları çəkdirirlər “Urban Expo” sərgisinin ən çox diqqət çəkən yeniliklərindən biri interaktiv ekranlarla təchiz olunmuş robotdur. Sərgi məkanında sərbəst hərəkət edən bu robot qonaqların böyük marağına səbəb olur Pavilyonun digər hissəsində isə qəhvə sifariş etmək istəyənlərə başqa bir robot xidmət göstərir Forum ərazisində milli geyimdə olan gənclər də diqqət çəkir. Onlar mahnılar oxuyur, qonaqlarla birlikdə əylənir, tədbirə fərqli ab-hava qatırlar “Urban Cinema” isə forumun ən maraqlı məkanlarındandır. Burada müxtəlif qlobal problemlərə həsr olunmuş filmlər nümayiş etdirilir. Baş çəkdiyimiz ən sevimli məkanlardan biri isə açıq havada qurulmuş Azərbaycan milli irsini təqdim edən guşə oldu. Burada rəssam Elvin Muradzadə Ağdamda yerləşən Şahbulaq qalasının rəsmini çəkirdi. Onun yanında isə Şəkidən gələn şəbəkə ustası Hüseyn Hacı-Mustafazadə qədim Azərbaycan sənəti olan şəbəkə nümunələrini təqdim edirdi Bir qədər kənarda isə xalça toxumağı öyrənmək istəyən gənclər toxucularla birlikdə bu sənətin sirlərini öyrənirdilər Xaricdən gələn qonaqlar bu guşələrin önündə dayanaraq şəkillər çəkdirir, Azərbaycan mədəniyyəti və milli irsi haqqında məlumat alırdılar COP29-dan sonra WUF13-ün də yüksək səviyyədə təşkili Azərbaycanın irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi sahəsində zəngin təcrübəyə malik olduğunu bir daha nümayiş etdirir. Forumda təkcə yüksək təşkilatçılıq deyil, eyni zamanda, Azərbaycanın zəngin milli mədəniyyətinin, musiqisinin və tarixi irsinin müasir üslubda uğurlu təqdimatı iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler