Dünyaca məşhur DJ Mahmut Orxan öz kəndində konsert verib
Elektron musiqi dünyasının beynəlxalq ulduzlarından biri olan DJ Mahmut Orhan bu dəfə nəhəng festivallarda deyil, ata-baba yurdu Balıkəsirdə Altıeylül mahalına bağlı Kürsə kəndində səhnəyə çıxıb. Orxanın kəndlilərlə əyləndiyi görüntülər böyük marağa səbəb olub “Feel”, “6 Days”, “Save Me” kimi mahnı

Elektron musiqi dünyasının beynəlxalq ulduzlarından biri olan DJ Mahmut Orhan bu dəfə nəhəng festivallarda deyil, ata-baba yurdu Balıkəsirdə Altıeylül mahalına bağlı Kürsə kəndində səhnəyə çıxıb. Orxanın kəndlilərlə əyləndiyi görüntülər böyük marağa səbəb olub “Feel”, “6 Days”, “Save Me” kimi mahnıları ilə dünyada milyonlarla dinləyiciyə çatan və Tomorrowland başda olmaqla bir çox beynəlxalq festivallarda çıxış edən Mahmut Orxan bu dəfə karyerasının ən özəl çıxışlarından birini edib. Məşhur di-cey ailəsinin kökləri olan Balıkəsirin Altıeylül mahalının Kürsə kəndində səhnə qurub, həmyerliləri ilə görüşüb Kənd meydanında keçirilən tədbirdə həm cavanlar, həm də yaşlılar musiqinin ritmini müşayiət ediblər. Mahmut Orxanın ifası zamanı ortaya çıxan rəngarəng görüntülər qısa zamanda böyük marağa səbəb olub. Beynəlxalq səhnələrdə on minlərlə insana konsertlər verən məşhur DJ-in kənd camaatı ilə ünsiyyəti, mehriban münasibəti bəyənilib Sosial mediada paylaşılan görüntülərdə Mahmut Orxanın kənd camaatı ilə vaxt keçirdiyi, doğulub boya-başa çatdığı coğrafiya ilə bağlılığını qoruduğu vurğulanıb. Bir çox istifadəçi məşhur sənətçinin dünya miqyasında uğur qazanmasına baxmayaraq, kəndini unutmadığını təqdir edərək şərhlər yazıb Kürsə kəndində keçirilən tədbirə ətraf məhəllələrdən də xeyli insan qatılıb. Elektron musiqinin dünyaca məşhur adlarından olan Mahmut Orxanın öz kəndindəki çıxışı yerli əhali üçün unudulmaz gecəyə çevrilib

