Dünya ulduzları ilə eyni meydanı bölüşən azərbaycanlı futbolçu: Mənim üçün maraqlı təcrübə oldu
Turnirdə ab-hava çox yaxşı idi. Komandamız yüksək yer tuta bilməsə də, oyunlardan böyük zövq aldım. Təşkilatçılıq həqiqətən möhtəşəm idi. Turnir üç gün davam etdi və maraqlı qarşılaşmalarla yadda qaldı Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyədə keçirilən "Golazo" turnirində iştirak edən Azərbayca

Turnirdə ab-hava çox yaxşı idi. Komandamız yüksək yer tuta bilməsə də, oyunlardan böyük zövq aldım. Təşkilatçılıq həqiqətən möhtəşəm idi. Turnir üç gün davam etdi və maraqlı qarşılaşmalarla yadda qaldı Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyədə keçirilən "Golazo" turnirində iştirak edən Azərbaycanın minifutbol millisinin üzvü Vüsal İsayev deyib O, turnirdə “Bursaspor” klubunun heyətində Türkiyə çempionu olmuş argentinalı Pablo Batalya ilə eyni komandada çıxış etdiyini bildirib: “Fenomeno Armada” komandasında belə tanınmış futbolçu ilə oynamaq mənim üçün maraqlı və yaddaqalan təcrübə oldu. Xüsusi hisslər idi. Yarışda digər ulduz futbolçular da iştirak edirdilər. Slovakiyalı Martin Şkrtel və portuqaliyalı Rikardu Kuarejma kimi məşhur oyunçular mübarizə aparırdılar. Onlar fərqli komandaların heyətində çıxış edirdilər. Ümumilikdə turnirdə çox sayda ulduz futbolçu yer almışdı” Vüsal İsayev yarışın mütəmadi keçirildiyini də söyləyib: “Bu turnir hər üç aydan bir təşkil olunur. Əgər yenidən dəvət alsam və bu, millinin və komandamın təlim-məşq toplanışları ilə üst-üstə düşməsə, məmnuniyyətlə yenə iştirak edərəm” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


