Dünya təhsil reytinqi: Azərbaycanın 17 universiteti siyahıya düşdü
Dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan "Round University Ranking" (RUR) dünya universitetlərinin növbəti reytinq siyahısını yayımlayıb Modern.az-ın məlumatına görə, Bakı Dövlət Universiteti (BDU) sözügedən siyahıda 189 pillə irəliləyib. Qlobal reytinqdə 636-cı yerdə qərarlaşan BDU ölkə
Dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan "Round University Ranking" (RUR) dünya universitetlərinin növbəti reytinq siyahısını yayımlayıb Modern.az-ın məlumatına görə, Bakı Dövlət Universiteti (BDU) sözügedən siyahıda 189 pillə irəliləyib. Qlobal reytinqdə 636-cı yerdə qərarlaşan BDU ölkə universitetləri arasında liderlik mövqeyini qoruyub Ümumilikdə builki siyahıya Azərbaycandan 17 ali təhsil müəssisəsi daxil olub. Ölkə universitetlərinin sıralaması aşağıdakı kimidir: Bakı Dövlət Universiteti (BDU) — 636 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) — 795 Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) — 898 Azərbaycan Universiteti (AU) — 944 Azərbaycan Dillər Universiteti (ADU) — 964 Qərbi Kaspi Universiteti — 968 Bakı Ali Neft Məktəbi (BANM) — 1049 Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) — 1095 Naxçıvan Dövlət Universiteti (NDU) — 1135 Azərbaycan Texniki Universiteti (AzTU) — 1183 Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) — 1189 Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) — 1202 Bakı Mühəndislik Universiteti (BMU) — 1221 Gəncə Dövlət Universiteti (GDU) — 1249 Sumqayıt Dövlət Universiteti (SDU) — 1252 Azərbaycan Texnologiya Universiteti (ATU) — 1257 Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) — 1295 Qlobal reytinq cədvəlinin ilk beşliyində isə ABŞ-nin aparıcı təhsil ocaqları qərarlaşıb. Sıra ilə birinci yer Harvard Universiteti, daha sonra Kaliforniya Texnologiya İnstitutu (Caltech), Stanford Universiteti, Cons Hopkins Universiteti və Pensilvaniya Universiteti gəlir


