Dünya Kubokuna günlər qalmış Kənan Yıldız şoku
“Yuventus”un və Millinin ulduz futbolçusu Kənan Yıldızdan bəd xəbər gəlib. Məşqdə zədələnən milli futbolçunun tibbi rəyindən sonra həm İtaliyada, həm də Türkiyədə böyük narahatlıq yaranıb Kənan Yıldız cümə axşamı "Yuventus"un məşqində zədələnib. Milli futbolçunun üzərində aparılan sağlamlıq yoxlam

“Yuventus”un və Millinin ulduz futbolçusu Kənan Yıldızdan bəd xəbər gəlib. Məşqdə zədələnən milli futbolçunun tibbi rəyindən sonra həm İtaliyada, həm də Türkiyədə böyük narahatlıq yaranıb Kənan Yıldız cümə axşamı "Yuventus"un məşqində zədələnib. Milli futbolçunun üzərində aparılan sağlamlıq yoxlamalarından sonra mənfi nəticələrin alındığı bildirilib "La Gazzetta dello Sport"da yer alan xəbərə görə, baldırından zədə alan Kənan Yıldız "Yuventus"un "Torino" ilə keçirəcəyi kritik matçda meydana çıxa bilməyəcək. Bu inkişaf ağ-qara komandanın əhvalını pozdu Çempionlar Liqası hədəfi üçün Turin üzərində mütləq qələbə axtaran "Yuventus"un baş məşqçisi Luçano Spalettinin bu xəbərdən sonra çox sarsıldığı bildirilib. Çempionlar Liqasına vəsiqə qazanmaq üçün "Yuventus" Torinonu məğlub etməli və rəqiblərindən ən azı ikisi xal itirməlidir Xəbərdə A Milli Komanda cəbhəsində böyük narahatlığın olduğu bildirilib. Baş məşqçi Vinçenzo Montellanın 2026-cı ildə ABŞ-da keçiriləcək dünya çempionatı öncəsi Kənan Yıldızdan şad xəbər gözlədiyi bildirilib Türkiyə 2026-cı il Dünya Çempionatında ilk matçını iyunun 14-də Avstraliyaya qarşı keçirəcək.Kənan Yıldızın bu kritik matça çıxıb-çıxmayacağı hələ bəlli deyil Kənan Yıldız bu mövsüm "Yuventus" forması ilə diqqətçəkən performans göstərib. Milli futbolçu mövsümü 11 qolla başa vursa da, komandanın önəmli adlarından birinə çevrilməyi bacarıb


