Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır
Çərşənbə günü BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk Vaşinqtonu Dünya Kuboku ilə əlaqədar miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırıb AZƏRTAC xəbər verir ki, Cenevrədə keçirilən mətbuat konfransında Folker Türk deyib: “Səmimi-qəlbdən ümid edirəm ki, miqrasiya siyasə

Çərşənbə günü BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk Vaşinqtonu Dünya Kuboku ilə əlaqədar miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırıb AZƏRTAC xəbər verir ki, Cenevrədə keçirilən mətbuat konfransında Folker Türk deyib: “Səmimi-qəlbdən ümid edirəm ki, miqrasiya siyasətinin tətbiqinin insan hüquqlarına və insan ləyaqətinə necə təsir etdiyinin hərtərəfli yenidən qiymətləndirilməsi aparılacaq. Xüsusilə Dünya Kuboku kontekstində. Təəssüf ki, hazırda xüsusən də ABŞ-də üstünlük təşkil edən siyasəti yenidən nəzərdən keçirəcəyik” Son bir neçə gün ABŞ-nin sərt miqrasiya siyasəti ilə bağlı gərginlik artmaqdadır və bu, FIFA-nı çətin vəziyyətə salır. FIFA yalnız dəyən ziyanı etiraf edə bilər və qeyd edir ki, “ev sahibi ölkənin miqrasiya prosedurlarına, o cümlədən vizaların verilməsinə müdaxilə etmir”, - deyə Le Figaro yazır Ən böyük zərbə o olub ki, şənbə günü Somali arbitri Ömər Artan Florida ştatının Mayami şəhərinə gəldikdən sonra ABŞ sərhəd patrulu tərəfindən buraxılmayıb. O, “New York Times” qəzetinə müsahibəsində “həyatının ən böyük arzusunun” puça çıxmasından təəssüflənib. Vətəndaşları Tramp administrasiya tərəfindən ABŞ-yə giriş etmələri qadağan edilən Somali etibarlı vizası olduğunu əsas gətirərək hakimin “dürüstlüyünü” müdafiə edib AFP-nin sorğusuna cavab olaraq ABŞ Dövlət Departamenti bildirib ki, arbitrin “terror təşkilatlarına mənsub olmaqda şübhəli bilinən şəxslərlə əlaqəsi var”. Digər ölkələr də ABŞ-yə daxil olmaqda inzibati problemlərlə üzləşib: “Guardian”a görə, İraqın hücumçusu Aymen Hüseyn şənbə günü Çikaqo hava limanında təxminən 7 saat saxlanılıb, milli komandanın rəsmi fotoqrafı Talal Salah isə etibarlı vizası olmasına baxmayaraq, ölkəyə buraxılmayıb Məhkəmə hökmü ilə ötən həftə Dünya Kubokundan bir neçə gün əvvəl ABŞ-yə daxil olmasına inzibati icazə verilməyən İsveçrə hücumçusu Bril Embolo viza alıb və cümə günü komanda yoldaşlarına qoşulacaq Həmçinin iştirakları ilə bağlı bir müddət qeyri-müəyyənlik dövründən sonra İran oyunçuları və heyəti ABŞ-yə viza alıblar, onlar burada ilk üç oyunu keçirəcəklər. Lakin İran Futbol Federasiyasının prezidenti Mehdi Tac da daxil olmaqla, bir neçə müşayiət edən şəxsə viza verilməyib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


