Dünya çempionatı: İlk dəfə 1/8 finala yüksəldi
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha bir oyunu keçirilib Modern.az xəbər verir ki, Kot d`İvuar millisi Norveç yığması ilə qarşılaşıb. “AT&T” stadionunda keçirilən görüş Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb Ma

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha bir oyunu keçirilib Modern.az xəbər verir ki, Kot d`İvuar millisi Norveç yığması ilə qarşılaşıb. “AT&T” stadionunda keçirilən görüş Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb Matçda hesabı skandinaviyalılar açıblar. 39-cu dəqiqədə Antonio Nusa rəqib qapısına yol tapıb. Digər qollar 2-ci hissədə vurulub. Əvvəlcə 74-cü dəqiqədə Kot d`İvuarın heyətində Amad Diallo hesabı bərabərləşdirib. Oyunda son nöqtəni isə 86-cı dəqiqədə Erlinq Holann qoyub Bu nəticədən sonra tarixində ilk dəfə 1/8 finala yüksələn Norveç millisi Braziliyanın rəqibi olub DÇ-2026-da 1/16 finalın digər iki oyunu iyunun 30-dan iyulun 1-nə keçən gecə təşkil olunacaq. Bakı vaxtı ilə saat 01:00-da Fransa İsveçlə, 05:00-da isə Meksika Ekvadorla üz-üzə gələcək Bu matçlardan sonra 1/8 finalın daha 3 iştirakçısı məlum olacaq Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay və Mərakeş yığmaları 1/8 finala vəsiqə qazanıb


