Tenqri
Ana Səhifə
Dünya

Dünya Bankı: Regional inteqrasiya ölkələrə öz gələcəklərini formalaşdırmağa imkan verir

Regional inteqrasiya ölkələrə öz gələcəklərini formalaşdırmağa imkan verir APA xəbər verir ki, bunu Dünya Bankının Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə Strategiya və Əməliyyatlar bölməsinin direktoru Bouseina Quermazi Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il

0 baxışapa.az
Dünya Bankı: Regional inteqrasiya ölkələrə öz gələcəklərini formalaşdırmağa imkan verir
Paylaş:

Regional inteqrasiya ölkələrə öz gələcəklərini formalaşdırmağa imkan verir APA xəbər verir ki, bunu Dünya Bankının Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə Strategiya və Əməliyyatlar bölməsinin direktoru Bouseina Quermazi Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il İllik Toplantısı çərçivəsində təşkil olunan “IsDB regionlarında regional inteqrasiyanın hərəkətverici qüvvələri” adlı panel müzakirəsində deyib “Regional inteqrasiya yalnız fiziki bazarlar və infrastruktur demək deyil. Bu, ölkələrin bir-biri ilə daha güclü əlaqələr qurması, yeni imkanlar yaratması və ortaq gələcək formalaşdırması deməkdir. Qonşularımızı seçə bilmərik, amma taleyimizi seçə bilərik və regional inteqrasiya buna kömək edir”, - o qeyd edib O bildirib ki, regional inteqrasiyanın əsas istiqamətlərindən biri ölkələr arasında nəqliyyat, enerji və rəqəmsal əlaqələrin gücləndirilməsidir. Onun sözlərinə görə, xüsusilə dənizə çıxışı olmayan ölkələr üçün regional əməkdaşlıq bazarlara çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynayır “Regional inteqrasiya nəticəsində ölkələr daha ucuz resurslara çıxış əldə edir, yeni iş yerləri yaranır və iqtisadi artım imkanları genişlənir. Lakin inteqrasiya yalnız əlaqəlilikdən ibarət deyil. Bu, eyni zamanda bazarların, xidmətlərin və insanların hərəkətinin daha yaxşı inteqrasiyası deməkdir”, – Bouseina Quermazi vurğulayıb Onun sözlərinə görə, iqlim dəyişikliyi, pandemiyalar və digər transmilli çağırışlar ayrı-ayrı dövlətlər tərəfindən həll edilə bilməz və bu baxımdan regional əməkdaşlıq mühüm əhəmiyyət daşıyır

Kaynak: apa.az

Diğer Haberler