Tenqri
Ana Səhifə
Dünya

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Dünya Bankı Körfəz regionundakı müharibənin qlobal iqtisadiyyata təsirlərini nəzərə alaraq, 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu 2,5 faizə endirib AZƏRTAC “Zeit” nəşrinə istinadla xəbər verir ki, qurumun yeni hesabatında proqnozun reallaşacağı təqdirdə qlobal iqtisadiyyatın COVID-19 pan

0 baxışazertag.az
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
Paylaş:

Dünya Bankı Körfəz regionundakı müharibənin qlobal iqtisadiyyata təsirlərini nəzərə alaraq, 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu 2,5 faizə endirib AZƏRTAC “Zeit” nəşrinə istinadla xəbər verir ki, qurumun yeni hesabatında proqnozun reallaşacağı təqdirdə qlobal iqtisadiyyatın COVID-19 pandemiyasının başlanğıcından bəri ən zəif artım tempi nümayiş etdirəcəyi qeyd olunub Məlumata əsasən, yüksək inflyasiya, enerji qiymətlərinin artması və İran münaqişəsi səbəbindən Hörmüz boğazında gəmiçiliyin və xammal ticarətinin demək olar ki, dayanması iqtisadi perspektivləri pisləşdirib. Qurum xəbərdarlıq edir ki, təchizat zəncirində problemlər davam edərsə, vəziyyət daha da ağırlaşa bilər. Bu halda 2026-cı ildə qlobal iqtisadi artım 1,3 faizə qədər aşağı düşə, inflyasiya isə 4,4 faizə yüksələ bilər Hesabatda vurğulanıb ki, böhranın təsirlərini ən çox yoxsul və həssas ölkələr hiss edir. Bu ilin sonunadək inkişaf etməkdə olan ölkələrin dörddəbiri 2019-cu illə müqayisədə daha aşağı gəlir səviyyəsində olacaq Bununla əlaqədar Dünya Bankı inkişaf etməkdə olan ölkələrin hökumətlərinə dəstək məqsədilə 50-60 milyard ABŞ dolları həcmində maliyyə yardımı ayıracağını açıqlayıb. Vəsaitin bir hissəsinin digər layihələrdən yönləndirilməsi nəzərdə tutulur Qeyd edək ki, daha əvvəl İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) da oxşar qiymətləndirmə açıqlayıb, Beynəlxalq Valyuta Fondu (BVF) isə apreldə qlobal artım gözləntilərini aşağı salıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler