Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın
Farer adalarının sahilləri növbəti dəfə qara delfinlərin (qrind) və digər balinakimilərin ənənəvi kütləvi qırğını səbəbindən al-qırmızı rəngə boyanıb. Şimali Atlantik okeanının sahil sularını qan dənizinə çevirən bu dəhşətli mənzərəni sahildən çoxlu sayda yerli sakin, o cümlədən azyaşlı uşaqlar izlə

Farer adalarının sahilləri növbəti dəfə qara delfinlərin (qrind) və digər balinakimilərin ənənəvi kütləvi qırğını səbəbindən al-qırmızı rəngə boyanıb. Şimali Atlantik okeanının sahil sularını qan dənizinə çevirən bu dəhşətli mənzərəni sahildən çoxlu sayda yerli sakin, o cümlədən azyaşlı uşaqlar izləyib Publika.az xəbər verir ki, bu amansız ov “Qrindadrap” (və ya sadəcə “Qrind”) adlanır və kökləri min ildən artıq əvvəl yaşamış vikinqlər dövrünə gedib çıxır Minillik ənənə dəyişmir Əsrlərdir davam edən ov prosesi demək olar ki, dəyişməyib. Balıqçılar açıq dənizdə qrind və ya delfin sürüsünü aşkar etdikdən sonra onları mühasirəyə alır və sahilə doğru qovurlar Ölüm qorxusu yaşayan heyvanlar dayaz sulara sıxışdırılır və sahilə çıxmağa məcbur edilir. Bundan sonra balıqçılar müdafiəsiz məməliləri bıçaqlarla öldürürlər Kəsim başa çatdıqdan sonra heyvanların cəsədləri sahil boyunca düzülür, qanları isə okean sularına axır. Bu zaman balıqçılar sinəyədək qana boyanmış suların içində dayanırlar. Daha sonra öldürülən heyvanların əti və piy qatı icma üzvləri arasında pulsuz paylanır və qida kimi istifadə edilir Tənqidlərə baxmayaraq davam edir Farer adalarından yayılan bu ürəkdağlayan görüntülər hər il bütün dünyada ciddi etirazlara səbəb olur Heyvan hüquqlarını müdafiə edən beynəlxalq təşkilatlar bu ənənəni vəhşi, qəddar və orta əsrləri xatırladan ritual kimi qiymətləndirirlər. Onlar bildirirlər ki, qrindlər və delfinlər okean ekosisteminin qorunmasında mühüm rol oynayırlar Danimarkanın tərkibində muxtar ərazi olan Farer adalarının hakimiyyəti isə geri addım atmır. Rəsmilər “Qrindadrap”ın milli kimliyin və mədəni irsin ayrılmaz hissəsi olduğunu, eyni zamanda yerli əhalini pulsuz ərzaqla təmin etdiyini bildirirlər. Hətta valideynlər azyaşlı uşaqları da bu ovlara aparır, onlar yalnız qırğını izləmir, həm də qan içində olan heyvan cəsədlərinə toxunurlar Farer adalarında bu məməlilərin ovlanmasına dair rəsmi kvotalar mövcud deyil. Ekspertlərin qiymətləndirməsinə görə, hər il “Qrindadrap” zamanı mindən çox dəniz heyvanı öldürülür. Təkcə ötən il balıqçılar 814 adi qrind və Atlantik ağyanlı delfin məhv ediblər Mütəxəssislər bildirirlər ki, vəziyyəti daha da ağırlaşdıran amil balinakimilərin çox yavaş çoxalmasıdır. Təbiətdə dişi qrindlər 60 ilədək, erkəklər isə 45 ilədək yaşayır. Dişi fərd hər 3-6 ildən bir cəmi bir bala dünyaya gətirir və balaların böyüdülməsində bütün sürü iştirak edir “Qrindadrap” zamanı isə balıqçıların bıçaqları altına bütöv ailə qrupları, o cümlədən hamilə dişilər və balalar da düşür Məhərrəmlik ayı bu tarixdə başlayacaq 88 yaşlı qadın “imperiya” qurdu: Milyonlar yığıldı, polis hərəkətə keçdi Axund vaxtın niyə tez keçdiyini açıqladı: əyləncələr çoxaldığından... - Video Qurban bayramında Azərbaycandakı bu ziyarətgahda böyük izdiham - Arzularının qəbul olunacağına inanırlar Şuşada bayram namazı qılındı Bakıda Əjdərbəy məscidində bayram namazı qılındı Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək? Hesablama Palatasına yeni səlahiyyətlər verilir Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı 40 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq Təhlükə böyüyür: bu, artıq dövlət məsələsidir! - Mühüm qərarın pərdəarxası Bəzilərinin yanağı çiyninə çatıb - Fədayə Laçın plastik əməliyyat etdirənlərdən danışdı Yaşı 50-dən yuxarı olanları gözləyən çətinlik - Nə etməlisiz?


