Tenqri
Ana Səhifə
Dünya

DMX-nin əməkdaşları üçün uşaq hüquqlarının müdafiəsinə dair təlim keçirilib

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş "İnsan Hüquqları Aylığı" çərçivəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları üçün uşaq hüquqlarının müdafiəsi mövzusunda təlim təşkil olunub Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib Təlimin mə

0 baxışreport.az
DMX-nin əməkdaşları üçün uşaq hüquqlarının müdafiəsinə dair təlim keçirilib
Paylaş:

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş "İnsan Hüquqları Aylığı" çərçivəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları üçün uşaq hüquqlarının müdafiəsi mövzusunda təlim təşkil olunub Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib Təlimin məqsədi miqrasiya sahəsində fəaliyyət göstərən əməkdaşların uşaq hüquqlarının müdafiəsi istiqamətində bilik və bacarıqlarının artırılması, bu sahədə mövcud milli və beynəlxalq standartlar barədə məlumatlılığının gücləndirilməsi olub Ombudsman Aparatının məsul əməkdaşları Nigar Ağayeva və Azər İsalı çıxış edərək milli insan hüquqları təsisatlarının uşaq hüquqlarının müdafiəsində rolu, müvəkkilin bu sahədə mandatı və fəaliyyəti barədə ətraflı məlumat veriblər. Eləcə də milli preventiv və müstəqil monitorinq mexanizmləri çərçivəsində həyata keçirilən fəaliyyət, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təşəbbüslər, eləcə də müxtəlif hədəf qrupları üçün təşkil olunan maarifləndirmə tədbirlərindən bəhs edilib Eyni zamanda, uşaq hüquqlarının müdafiəsi sahəsində əsas beynəlxalq hüquqi sənədlər, o cümlədən BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyası və onun fakültativ protokolları, milli qanunvericilikdə uşaqların hüquqlarının təmin olunmasına dair müddəalar, həmçinin cari ildə qəbul edilmiş "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının yeni Qanunu barədə təqdimat keçirilib İnteraktiv müzakirələr şəraitində davam edən təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler