Tenqri
Ana Səhifə
Dünya

Keçmiş federasiya sədri üçün 10 il 6 ay vaxt tələb olunur

Bakı Hərbi Məhkəməsində dələduzluq yolu ilə dövlət qulluğundan 4 milyon manatdan artıq pul almaqda təqsirləndirilən 43 yaşlı Ceyhun Əşrəfov, 34 yaşlı Cavid Hüseynli, 61 yaşlı Rüstəm Qafarov, 40 yaşlı Seymur Məhərrəmov və 38 yaşlı Zaur Qurbanovun cinayət işi üzrə istintaq başa çatıb. manat təşkil edi

0 baxışhaqqin.az
Keçmiş federasiya sədri üçün 10 il 6 ay vaxt tələb olunur
Paylaş:

Bakı Hərbi Məhkəməsində dələduzluq yolu ilə dövlət qulluğundan 4 milyon manatdan artıq pul almaqda təqsirləndirilən 43 yaşlı Ceyhun Əşrəfov, 34 yaşlı Cavid Hüseynli, 61 yaşlı Rüstəm Qafarov, 40 yaşlı Seymur Məhərrəmov və 38 yaşlı Zaur Qurbanovun cinayət işi üzrə istintaq başa çatıb. manat təşkil edib haqqin.az-ın məlumatına görə, prosesdə çıxış edən prokuror Cavid Hüseynlinin 13 il, Seymur Məhərrəmov, Rüstəm Qafarov, Zaur Qurbanovun 12 il, Ceyhun Əşrəfovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, həmçinin C.Hüseynli, S.Məhərrəmov və C.Əşrəfovun birbaşa məhkəmə zalında həbs olunmasını istəyib Növbəti məhkəmə iclasında vəkillər çıxış edəcək İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər iş adamı Güvat Behbudovu paytaxtın Nəsimi rayonu ərazisində yerləşən 968-ci məhəllədə fərdi yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli binanın tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alacaqlarına inandırıblar. Lakin təqsirləndirilən şəxs bu vədi yerinə yetirməyib. Plana görə, guya bu məsələ Seymur Məhərrəmovun yüksək vəzifəli tanışı vasitəsilə həll olunmalı idi. Bunun müqabilində zərərçəkmişdən müxtəlif vaxtlarda ümumilikdə 4 milyon 19 min manat pul götürülüb Təqsirləndirilən Ceyhun Əşrəfov 2022-ci ilə qədər Şindo-ryu və Pençak Silat Federasiyasının prezidenti olub. Digər təqsirləndirilən Seymur Məhərrəmov isə əvvəllər Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin avtoparkında sürücü işləyib

Kaynak: haqqin.az

Diğer Haberler