Tenqri
Ana Səhifə
Dünya

Ədliyyə naziri Zəngilanda vətəndaşları qəbul edib

Ədliyyə naziri Fərid Əhmədov iyunun 5-də Zəngilan rayonunun Ağalı kəndində vətəndaşları qəbul edib 525.az-a nazirlikdən verilən xəbərə görə, qəbuldan əvvəl nazir Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında Ümummilli Lid

0 baxış525.az
Ədliyyə naziri Zəngilanda vətəndaşları qəbul edib
Paylaş:

Ədliyyə naziri Fərid Əhmədov iyunun 5-də Zəngilan rayonunun Ağalı kəndində vətəndaşları qəbul edib 525.az-a nazirlikdən verilən xəbərə görə, qəbuldan əvvəl nazir Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib və önünə gül dəstəsi qoyub Qəbulda Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib

Kaynak: 525.az

Diğer Haberler