Tenqri
Ana Səhifə
Dünya

“Divlər sarayı”nın izi ilə: Azıx qəbiləsindən alp babalarımıza uzanan yol

Cəbrayıl rayonundakı “Divlər sarayı” adlı qədim yaşayış məskəni nədən belə adlanıb? Düzü, lap uşaqlıqdan - ağlım söz kəsəndən atamdan-anamdan eşitdiyim “Divlər sarayı” ifadəsi diqqətimi çəkmişdi. İlk baxışda nağıllarda, rəvayətlərdə oxuduğum, eşitdiyim divlər, əcinnələr gəlmişdi eynimə Keçirəm əsas

0 baxışazertag.az
“Divlər sarayı”nın izi ilə: Azıx qəbiləsindən alp babalarımıza uzanan yol
Paylaş:

Cəbrayıl rayonundakı “Divlər sarayı” adlı qədim yaşayış məskəni nədən belə adlanıb? Düzü, lap uşaqlıqdan - ağlım söz kəsəndən atamdan-anamdan eşitdiyim “Divlər sarayı” ifadəsi diqqətimi çəkmişdi. İlk baxışda nağıllarda, rəvayətlərdə oxuduğum, eşitdiyim divlər, əcinnələr gəlmişdi eynimə Keçirəm əsas mətləbə. Xalq arasında tələffüzlə “Divlər sarayı” adlandırılan “Devlər sarayı” mağarası doğrudanmı səsi-sorağı minilliklərdən gələn mifik səciyyəli qorxunc, bədheybət görkəmli, adamyeyən varlıqlar olan divlərin yaşadığı yer olubmu? Saray ifadəsi əsilzadələrin, xanların, şahların yaşadıqları evlərə - imarətə aiddir. Deməli, bir ipucu da burdan gəlir məsələnin çözümü üçün. Bəşəriyyətin ən qədim insan məskənlərindən biri olan Cəbrayıl rayonu ilə qonşu ərazi hesab edilə bilən Xocavənd rayonunun Azıx kəndi ərazisindəki Azıx mağarasıdır. Paleolit dövrünə aid olunan, yaşı 350-400 min il əvvələ, hətta 1-1,5 milyon il əvvələ gedib çıxan daş dövrünün yaşayış məskəni olan Azıx mağarasında qədim əcdadlarımız yaşayıblar. Deməli, qədim insan məskəni olan Azərbaycanımızın ayrı-ayrı guşələrində – Qobustanda, Azıxda, Əshabi-Kəhfdə olduğu kimi, Dağtumasdakı “Divlər sarayı”nda da ulu əcdadlarımız yaşayıblar AZƏRTAC xəbər verir ki, bu fikirlər filologiya elmləri doktoru, dosent Şakir Albalıyevin “Divlər sarayı” – alp babalarımızın məskəni” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik Buna paralel bir bənzətmə də, müqayisə də gətirmək istərdim. Necə ki, bu gün Azərbaycanda inzibati ərazi bölgüsü kimi müxtəlif ərazilərimizdə bir-birlərinə yaxınlıqda yerləşən, ya da uzaq məsafələrdə olan ayrı-ayrı rayon, şəhər tipli iri yaşayış məskənlərimiz var, o cür də ta qədim dövrlərdə ölkəmizin ayrı-ayrı guşələrində bir-biriləri ilə az-çox dərəcədə əlaqələri olan mağara tipli qədim insan məskənləri mövcud olub. Azıx mağarası sakinləri ilə “Divlər sarayı”nda yaşayan div-adamların bir-birləri ilə yaxın qonşuluq münasibətlərinin olması mümkün idi. Başqa sözlə, Azıx qəbiləsi ilə “Divlər sarayı” icması arasında öz dövrlərinin qarşılıqlı iqtisadi-mədəni əlaqələrinin olması da təbii idi. Azıx adı öz kökündə qədim türksoylu Az (As) tayfalarının adını yaşadır. “Kitabi-Dədə Qorqud”dakı Uçox, Bozox tayfaları - tayfa birlikləri olduğu kimi, Qarabağ-Zəngəzur ərazisində də Azıx - Uzux (“Divlər sarayı”nın timsalında) tayfa əlaqələrinin olması ehtimalı təbiidir. İndi isə gəlirəm “Divlər sarayı”ndakı “Div” ifadəsinin məğzinə. Bu gün də obrazlı şəkildə metaforik olaraq nəhəng adamlara div kimi yekəpər adam deyirik, yaxud filankəs “divdir - əjdahadır elə bil” deyirik. Xalqımızın epik-mifik qəhrəmanı olan Koroğlu obrazını da eynimizdə elə div obrazı kimi nəhəng simada təsəvvür edib canlandırırıq. Deməli, “Divlər sarayı” ifadəsi div kimi yekəpər, azman tipli insanların sarayı - yaşayış məskəni anlamındadır. Buna bənzər obrazlı bir ifadə də mifik azman görkəmli məxluqlardır ki, onlar bir ayaqlarını Arazın bu üzündən qoyub, o biri ayaqlarını da Arazın o üzünə aşırmaqla o boyda nəhəng çayı addımları ilə “qarışlayıb” keçə bilirmişlər Zümrüd Mənsimovanın doktorluq dissertasiyasında divlərin insan olmaqları haqda oxuyuruq: “Bir sıra xalqların miflərinə görə, divlər bədəncə böyük bir insan tipidir və adi insanlar kimi yaşayırlar. Bəzi xalqların miflərində (misal üçün, skandinav mifləri) divlər əzazil və qəddardır. Ancaq bəzi yunan miflərində divlərin dağlarda yaşayan və sülhsevər olduğu göstərilir” Alimin fikirlərindən də bir daha gördüyümüz kimi, divlər bədəncə böyük olan yekəpər, nəhəng insanlar olub, elə adi insanlar kimi də ömür sürürlər. Eyni zamanda, yunan miflərində divlərin dağlarda yaşayan (Dağtumas dağlarındakı Divlər sarayı timsalında) sülhsevər adamlar olduğu bizim yuxarıda söylədiyimiz div-insan paralelliyi ilə bağlı mülahizələrimizi təsdiqləyir Divlərin əzazilliyilə bağlı düşüncəyə gəldikdə isə bu, “div obrazının mifik təfəkkürdə funksiyasının dəyişilməsi – müsbətdən mənfiyə doğru əvəzlənməsi cəmiyyətin inkişafı ilə bağlı olmuşdur” şəklində izah olunur. Məhz bu fikirdən çıxış edən Z.Mənsimova yazır ki, “divlər bütünlüklə pislik və şərlə bağlı olmayıb, həm də müsbət tərəfləri olan mifik-əfsanəvi varlıqlardır” Əlbəttə, bu mülahizələr div obrazının mifik təfəkkürdəki yerini müəyyənləşdirir ki, yaşı bir milyon ildən əvvələ gedib çıxan “Divlər sarayı” mağarasının nəhəng, azman adamları div kimi metaforik adla tanındığı əski dövrlərdə müsbət, xeyirxahlıq funksiyası daşımışlar. Başqa sözlə, divlərin bədheybət, mənfi tipdə səciyyəsi, şər qüvvə kimi çıxış etmələri tarixin nisbətən sonrakı inkişaf dövrləri ilə bağlı olmuşdur. Bu baxımdan insanların öz ulu babalarını div adlandırması və yaşayış məskənlərini “Divlər sarayı” kimi tanımaları divlərin əski düşüncədəki xeyirxah təbiətli varlıqlar olmalarını ortaya qoyur. Yoxsa ki, heç vəchlə insanlar öz əcdadlarını mifik təfəkkürdəki mənfi personajlara bənzətməz, metaforik olaraq mənfi tiplər kimi adlandırmazdı. Hər kəs öz atasını (ya anasını), babasını, ulu babasını müqəddəs bir səviyyədə dəyərləndirməyə çalışdığı kimi, insanların da öz ulularını xeyirxah mifik varlıqlar kimi xarakterizə edib adlandırmaları təbiidir Akademik Tofiq Hacıyevin tərcümə etdiyi bulqar-tatar şairi Mikayıl Baştunun “Şan qızı dastanı”ndan oxuyuruq: Epik mətndən də aydın olur ki, alplar - qəhrəmanlar div olaraq adlandırılır və bu div - alplar da xarakterinə uyğun olaraq müsbət və mənfi tiplərə bölünürlər. Deməli, mifik təfəkkürdə transformasiyaya uğrayaraq müsbət yönümlülükdən mənfiliyə doğru xarakter qazanmış divlər epik-bədii düşüncədə də eyni əlamətlərlə səciyyələndirilib: yaxşı divlərlə yanaşı pis divlər də təsvir olunub Bir sözlə, səsi-sorağı eramızdan əvvəlki yüz min illərdən əvvəl gələn “Divlər sarayı” mağarasının sakinləri əski mifik təfəkkürdə xeyirxahlıq mücəssəməsi sayılan divlərin timsalında ulu babalarımız – alp ərənlər olublar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler