“Platinum Wolf 26” təlimi çərçivəsində Hörmətli Ziyarətçilər Günü keçirilir
BAKI, Azərbaycan, 11 iyun. Serbiyanın Bujanovac şəhəri yaxınlığında Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən “Platinum Wolf 26” çoxmillətli taktiki təlimi çərçivəsində Hörmətli Ziyarətçilər Günü keçirilir Tədbirdə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və

BAKI, Azərbaycan, 11 iyun. Serbiyanın Bujanovac şəhəri yaxınlığında Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən “Platinum Wolf 26” çoxmillətli taktiki təlimi çərçivəsində Hörmətli Ziyarətçilər Günü keçirilir Tədbirdə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və onun rəhbərlik etdiyi nümayəndə heyəti, digər iştirakçı ölkələrin yüksək rütbəli rəsmiləri iştirak ediblər Əvvəlcə qonaqlara çoxmillətli taktiki təlimin gedişi, onun məqsədləri, qarşıya qoyulan tapşırıqlar və mərhələlər barədə məlumat verilib. Daha sonra təlim poliqonunda məşqin müxtəlif epizodları yerinə yetirildi Rəsmilər təlimin gedişini komanda məntəqəsindən izləyib və Azərbaycan hərbçilərinin peşəkarlığını yüksək qiymətləndiriblər Sonda təlimlərdə fərqlənən hərbçilərə mükafatlar təqdim olunub Qeyd edək ki, Azərbaycan, Bosniya və Herseqovina, Yunanıstan, Macarıstan, İtaliya, Monteneqro, Şimali Makedoniya, Rumıniya, Serbiya, Böyük Britaniya və ABŞ hərbçilərinin iştirakı ilə keçirilən təlimin əsas məqsədi təcrübə mübadiləsini təmin etmək, tərəfdaş dövlətlərin silahlı qüvvələri arasında sülhə dəstək əməliyyatlarında təlim səviyyəsini artırmaq olub


