Tenqri
Ana Səhifə
Dünya

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir

Mayın 21-də açılan I Ədirnə Biennalesində azərbaycanlı rəssam Aida Mahmudovanın əsərləri sərgilənir YARAT Müasir İncəsənət Məkanından AZƏRTAC-a bildirilib ki, Türkiyənin mühüm tarixi-mədəni mərkəzlərindən biri olan Ədirnədə reallaşan biennale Qazaxıstan, Böyük Britaniya, Norveç və digər ölkələrdən

0 baxışazertag.az
Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir
Paylaş:

Mayın 21-də açılan I Ədirnə Biennalesində azərbaycanlı rəssam Aida Mahmudovanın əsərləri sərgilənir YARAT Müasir İncəsənət Məkanından AZƏRTAC-a bildirilib ki, Türkiyənin mühüm tarixi-mədəni mərkəzlərindən biri olan Ədirnədə reallaşan biennale Qazaxıstan, Böyük Britaniya, Norveç və digər ölkələrdən sənətçiləri bir araya gətirərək müasir incəsənətin fərqli ifadə formalarını təqdim edir. “Körpülər” mövzusu ətrafında formalaşan biennalenin kuratoru Fırat Arapoğludur I Ədirnə Biennalesində Aida Mahmudova xüsusi olaraq bu tədbir üçün süni intellekt vasitəsilə yaratdığı “Üfüqün süqutu”, “İşığın sındığı yer” və “Mənzərənin yaddaşından silinməyən” adlı yeni əsərləri ilə iştirak edir. Rəssamın əvvəlki rəsm tablolarına istinadən yaradılmış layihə rəngkarlığın statik səthdən çıxaraq immersiv rəqəmsal mühitə çevrilməsi ideyasını və biennalenin konseptual məramı ilə səsləşərək yaddaş, texnologiya və qavrayış arasındakı qarşılıqlı münasibətləri araşdırır Rəssam süni intellektdən yalnız texnoloji alət kimi deyil, təsviri sənətin poetik davamı kimi istifadə edir. Hərəkətli təsvirlər, dəyişən perspektivlər və axıcı keçidlər rəngkarlıq, kino və virtual məkan arasındakı sərhədləri aradan qaldırır. Süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi ilə tablolar üçölçülü rəqəmsal mühitə çevrilərək canlandırılır, vizual reallıq kimi yenidən şərh edilir. Layihə, həmçinin süni intellekt vasitəsilə yaradılmış musiqi kompozisiyası ilə müşayiət olunur və tamaşaçını vahid vizual-səs təcrübəsinə cəlb edir Rəsm, instalyasiya və heykəltaraşlıq sahələrində multidisiplinar yaradıcılığı ilə tanınan Aida Mahmudova bu layihə vasitəsilə öz vizual dilini hərəkətli təsvir, səs və süni intellekt elementləri ilə genişləndirərək yeni bədii ifadə istiqamətində inkişaf etdirir Qeyd edək ki, I Ədirnə Biennalesi iyunun 28-dək davam edəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler