Tenqri
Ana Səhifə
Dünya

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

İsveçin “Diplomatic World Sweden” nəşrində “Sweden Students & Alumni Network Azerbaijan” (SSANA) ictimai birliyinin təşkil etdiyi İsveç İnstitutunun məzunlarının görüşü – “SI Graduation Gathering 2026” haqqında məqalə dərc olunub AZƏRTAC xəbər verir ki, nəşrdə tədbirin Lund şəhərində “Birliyimiz gü

0 baxışazertag.az
“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb
Paylaş:

İsveçin “Diplomatic World Sweden” nəşrində “Sweden Students & Alumni Network Azerbaijan” (SSANA) ictimai birliyinin təşkil etdiyi İsveç İnstitutunun məzunlarının görüşü – “SI Graduation Gathering 2026” haqqında məqalə dərc olunub AZƏRTAC xəbər verir ki, nəşrdə tədbirin Lund şəhərində “Birliyimiz gücümüzdür” şüarı altında keçirildiyi qeyd olunur. Tədbirdə İsveç İnstitutunun 30 ölkədən olan, 11 İsveç universitetini və 12 şəhəri təmsil edən 90-a yaxın təqaüdçüsü və məzunu iştirak edib Görüş zamanı SSANA-nın həmtəsisçisi Rahil Məmmədov beynəlxalq əməkdaşlığın, təcrübə mübadiləsinin və akademik mühitdə müxtəliflik dəyərlərinin qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin belə təşəbbüslərin gənclərdə liderlik keyfiyyətlərinin, məsuliyyət hissinin və fəal vətəndaş mövqeyinin formalaşmasındakı rolunu qeyd edib Məqalədə bildirilir ki, tədbir çərçivəsində təşkilatın Məşvərət Şurasının sədri Nərmin Abbasova, İdarə Heyətinin üzvləri Fidan Əhmədli, Zərifə Əmirova və Nicat Fətəliyev SSANA-nın fəaliyyəti barədə məlumat verib, təşkilatın İsveç İnstitutu, eləcə də Azərbaycanın və İsveçin diplomatik nümayəndəlikləri ilə əməkdaşlığından danışıblar Proqrama mədəni mübadilənin möhkəmləndirilməsinə, peşəkar əlaqələrin genişləndirilməsinə və beynəlxalq tələbə əməkdaşlığının inkişafına yönəlmiş interaktiv tədbirlər daxil olub. İştirakçılar həmçinin şəxsi hekayələrini və təcrübələrini bölüşüblər Məqalənin müəllifi qeyd edir ki, bu görüş Azərbaycan gənclərinin beynəlxalq təşəbbüslərdə fəal iştirakının nümunəsinə çevrilib və onların mədəniyyətlərarası dialoq və əməkdaşlığın inkişafına verdikləri töhfəni nümayiş etdirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler