DİM-in açıq görüşü buraxılış imtahanının nəticələrinə həsr olunub
Dövlət İmtahan Mərkəzində (DİM) ayda bir dəfə rəhbərliyin iştirakı ilə aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil olunur DİM-dən 525.az-a bildirilib ki, növbəti açıq görüş aprelin 29-da təşkil olunub. Budəfəki müzakirə “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı

Dövlət İmtahan Mərkəzində (DİM) ayda bir dəfə rəhbərliyin iştirakı ilə aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil olunur DİM-dən 525.az-a bildirilib ki, növbəti açıq görüş aprelin 29-da təşkil olunub. Budəfəki müzakirə “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri”nə həsr olunub Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə belə görüşlərin ictimaiyyət üçün qəbul kampaniyasının gedişi, onun ayrı-ayrı istiqamətləri, mərhələləri barədə dolğun informasiyanın çatdırılmasında, eyni zamanda, qarşı tərəflərin fikirlərinin öyrənilib təhlil olunmasında xüsusi rol oynadığını vurğulayıb və iştirakçılara tövsiyələrini verib Daha sonra XI sinif səviyyəsi üzrə 2026 və 2025-ci illərdə keçirilmiş buraxılış imtahanlarının statistik göstəricilərinin müqayisəli təhlili, həmçinin cari ildə imtahanlarda istifadə edilmiş bir neçə tapşırığın statistik göstəriciləri təqdim edilərək müzakirə aparılıb Görüş interaktiv formada keçirilib və iştirakçıların sualları cavablandırılıb Daha sonra şagirdlər və abituriyentlərə Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən dərslik materialları əsasında hazırlanan bilik səviyyəsinin yoxlanılması üzrə testlərdən ödənişsiz formada yararlanmaq imkanı yaradılıb Tədbirin əvvəlində iştirakçılar Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi jurnal və qiymətləndirmə kitabları ilə də tanış olublar Qeyd edək ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının ilkin statistik nəticələri yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq Görüşdə DİM-in müvafiq struktur bölmələrin rəhbərləri, şagirdlər, abituriyentlər və onların valideynləri, təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak ediblər
Diğer Haberler

15 yaşından kiçik şəxslər üçün sosial media qadağası Rəsmi Qəzetdə nəşr olundu

İstanbul Respublika Baş prokurorunun müavini Osman Sağlamdan mərc araşdırması ilə bağlı açıqlama: Liqalar bitdikdən sonra əməliyyatlar sürətlə davam edəcək | T24
