DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib
Dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB qrupuna uyğun vəzifələr üzrə iyunun 7-də keçirilmiş test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün iyunun 8-i saat 10:00-dan iyunun 22-si saat 18:00-dək müraciət formasını doldurmalıdırlar Dövlət İmtahan Mərkəzind

Dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB qrupuna uyğun vəzifələr üzrə iyunun 7-də keçirilmiş test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün iyunun 8-i saat 10:00-dan iyunun 22-si saat 18:00-dək müraciət formasını doldurmalıdırlar Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə olunur: Ad, soyadında hər hansı dəyişiklik olunan şəxslər müvafiq halı təsdiq edən sənədin surətini (nikah şəhadətnaməsi, məhkəmənin qərarı və s.) Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Akademik H.Əliyev küçəsi, 299) təqdim etməlidir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Bacıları etiraf etdi, qətlin üstü 19 ildən sonra açıldı: Sultanın atası onu öldürdü! | T24

Yüksək hərarət, başgicəllənmə və huşunu itirmə... Mütəxəssislərdən bir-birinin ardınca yaranan isti və xəbərdarlıqlar gəldi
