Tenqri
Ana Səhifə
İdman

Diaspor nümayəndəsi: Azərbaycan-İtaliya münasibətləri sosial-iqtisadi və mədəni sahələrdə daha da genişlənir

Son dövrlərdə Azərbaycan və İtaliya arasında münasibətlər yalnız konkret sahələrdə biznesəsaslı müzakirə çərçivəsindən çıxaraq daha geniş sosial-iqtisadi və mədəni istiqamətlərə yönəlib. Bu da iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlandığını göstərir. Bu proses daha böyük potensiala mal

0 baxışazertag.az
Diaspor nümayəndəsi: Azərbaycan-İtaliya münasibətləri sosial-iqtisadi və mədəni sahələrdə daha da genişlənir
Paylaş:

Son dövrlərdə Azərbaycan və İtaliya arasında münasibətlər yalnız konkret sahələrdə biznesəsaslı müzakirə çərçivəsindən çıxaraq daha geniş sosial-iqtisadi və mədəni istiqamətlərə yönəlib. Bu da iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlandığını göstərir. Bu proses daha böyük potensiala malik, müsbət və perspektivli bir inkişaf kimi hiss olunur Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin Romada yerləşən Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mütəxəssisi, diaspor nümayəndəsi Toğrul Quliyev deyib O bildirib ki, 11 il əvvəl magistr təhsili üçün İtaliyaya gəldikdən sonra fəaliyyətini burada davam etdirib və hazırda ailəsi ilə birlikdə bu ölkədə yaşayır. Onun sözlərinə görə, son illərdə İtaliyada Azərbaycanla bağlı məlumatlılıq əhəmiyyətli dərəcədə artıb, ölkəmizin tarixi və mədəniyyətinə maraq güclənib: “Əvvəllər kimsə haralı olduğumu soruşanda “Azərbaycandanam” cavabı çox zaman əlavə izah tələb edirdi, ölkəmizin coğrafi mövqeyini anlatmağa ehtiyac qalırdı. Bu gün isə mənzərə tamamilə fərqlidir. İtaliyada artıq Azərbaycan adı insanlara yad səslənmir. Əksinə, getdikcə daha çox insan ölkəmizin zəngin mədəniyyəti, qədim tarixi, milli dəyərləri və müasir inkişafı ilə maraqlanır. Bu marağın artması Azərbaycanın dünyada tanınmasının, beynəlxalq nüfuzunun və ölkəmiz haqqında məlumatlılığın nəzərəçarpacaq dərəcədə yüksəldiyinin bariz göstəricisidir” İki ölkənin xalqlarını bir-birinə yaxınlaşdıran əsas amillərdən birinin oxşar ailə dəyərləri, ənənələrə bağlılığı və qonaqpərvərlik mədəniyyəti olduğunu deyən T.Quliyev qeyd edib ki, hər iki xalq gündəlik ünsiyyətdə səmimiyyətə önəm verir. Bundan başqa, İtaliyada da bölgə kimliyi xüsusi əhəmiyyət daşıyır və bu xüsusiyyət Azərbaycandakı regional bağlılıq hissi ilə müəyyən mənada üst-üstə düşür. İnsanlar yeni tanış olduqları şəxsin hansı bölgədən olduğunu soruşaraq daha yaxın münasibət qurmağa çalışırlar “Azərbaycana olan marağın genişlənməsi, xüsusilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin sayının artması ilə daha da aydın şəkildə müşahidə olunur. Bu baxımdan ən çox təsir edən amillərdən biri Bakıda təşkil edilən Formula 1 yarışlarıdır. Məlumdur ki, italyan ictimaiyyəti “autosport”a xüsusi maraq göstərir və bu maraq təkcə sürətə deyil, eyni zamanda, estetik zəriflik və texniki mükəmməlliyə olan həssaslıqla da bağlıdır. Digər mühüm amil isə Roma ilə Bakı arasında birbaşa hava əlaqəsinin qurulmasıdır. Bu addım təkcə coğrafi məsafəni deyil, eyni zamanda, informasiya və maraq baryerini də xeyli azaldıb. Artıq tez-tez italyan dostlarım və həmkarlarımdan Azərbaycana növbəti səfərləri ilə bağlı planlar eşidirəm. Öz növbəmdə mən də bir çox dostumu Bakıda qonaq etmişəm. Onların hamısı ölkəmizdən zəngin və müsbət təəssüratlarla ayrılır, yenidən qayıtmaq istədiklərini bildirirlər. Xüsusilə diqqət çəkən məqamlardan biri onların Azərbaycan mədəniyyətinə, ənənələrinə və musiqisinə göstərdiyi maraqdır. Muğamla yanaşı, caz musiqimizə olan heyranlıqları da xüsusi qeyd olunmalıdır. Eyni zamanda, ölkədə təhlükəsiz mühitin mövcudluğu və xidmət sahələrinin rəqəmsallaşdırılması onların səfər təcrübəsini daha rahat, çevik və müasir edir”, - deyə Toğrul Quliyev diqqətə çatdırıb Soydaşımız bildirib ki, yemək mədəniyyəti və kulinariya zövqü Azərbaycan ilə İtaliya arasında formalaşan mədəni yaxınlığın ən canlı və təbii körpülərindən biridir. İtalyanlar, ümumilikdə kifayət qədər konservativ kulinariya zövqünə malikdirlər və xaricdə olsalar belə, çox vaxt öz milli mətbəxlərinə sadiq qalmağa üstünlük verirlər “Lakin Azərbaycan mətbəxi bir çox hallarda bu ənənəvi zövq çərçivəsini aşaraq, onların marağını cəlb etməyi və hətta kulinariya baxışlarında yeni çalarlar yaratmağı bacarır. Bu baxımdan ən çox rəğbət qazanan nümunələrdən biri qutab, şirniyyatlar arasında isə paxlavadır. Azərbaycan süfrəsi yalnız yemək təqdimatı deyil, eyni zamanda, ünsiyyət, paylaşım və qonaqpərvərlik mədəniyyətinin ifadəsidir. İtalyanlar üçün uzun süfrə arxası söhbətlər, yeməyin tələsmədən, ünsiyyət və emosional paylaşım içində qəbul edilməsi xüsusilə doğma və anlaşılır bir dəyər kimi qarşılanır. Bu baxımdan Azərbaycan və İtaliya mədəniyyətləri arasında gözlənilməz, lakin güclü bir oxşarlıq müşahidə olunur”, - deyə diaspor nümayəndəsi əlavə edib “Kulinariya sahəsində ortaq marağımız əməkdaşlığı daha dərindən kənd təsərrüfatı sahəsinə də daşıyır. Bu istiqamətdə italyanların bölüşəcək zəngin təcrübəsi var və onlar bunu məmnuniyyətlə paylaşırlar. Müxtəlif layihələrdə italyan mütəxəssislər tərəfdaş, əməkdaş və təlimçi kimi iştirak edirlər. Mən də bu layihələrdən bəzilərində iştirak etmək imkanı əldə etmişəm və mənim fikrimcə, bu sahədə yaranan əlaqənin əsasını yüksəkkeyfiyyətli xammala, təbiətə və sənətkarlığa olan ortaq həssas yanaşma təşkil edir ki, bu da yüksəkkeyfiyyətli məhsulların istehsalına imkan yaradır. Ümumilikdə İtaliyada yaşayan Azərbaycan icması - istər uzun illərdir burada məskunlaşanlar, istər yeni gələnlər, istər tələbələr, istərsə də müxtəlif sahələrdə çalışan mütəxəssislər iki xalq arasında körpünün qurulmasında mühüm rol oynayırlar. İtaliya kimi açıq, maraqlı və mədəni müxtəlifliyə hörmətlə yanaşan bir cəmiyyətdə bu rol həm məsuliyyət, həm də böyük bir fürsət kimi dəyərləndirilə bilər. İnanmaq istəyirəm ki, mən və ailəm də bu körpünün mühüm sütunlarından biriyik”, - deyə həmvətənimiz vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler