Tenqri
Ana Səhifə
Dünya

Deputat: Uşaqların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsi zəruridir

Azərbaycanda rəqəmsallaşmanın sürətlənməsi və sosial şəbəkələrin uşaqların həyatında erkən yaşdan geniş yer tutması onların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsini zəruri edir. Beynəlxalq təcrübəyə əsaslanaraq, uşaqların zərərli məzmundan qorunması, yaş məhdudiyyətlərinin tətbiqi

0 baxışazertag.az
Deputat: Uşaqların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsi zəruridir
Paylaş:

Azərbaycanda rəqəmsallaşmanın sürətlənməsi və sosial şəbəkələrin uşaqların həyatında erkən yaşdan geniş yer tutması onların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsini zəruri edir. Beynəlxalq təcrübəyə əsaslanaraq, uşaqların zərərli məzmundan qorunması, yaş məhdudiyyətlərinin tətbiqi, məlumat təhlükəsizliyinin gücləndirilməsi və platformaların məsuliyyətinin artırılması hazırda ölkəmizdə aktual məsələdir Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib O qeyd edib ki, sosial media uşaqların psixi sağlamlığının pisləşməsinin əsas səbəblərindən biridir. Çoxsaylı xarici tədqiqatlar uşaq və yeniyetmələrin sosial mediadan nə qədər çox istifadə edərlərsə, depressiyaya düşmə risklərinin bir o qədər artdığını aşkarlayıb. Eyni zamanda, araşdırmalar sübut edib ki, uşaqlar və yeniyetmələr bir aydan artıq müddətdə sosial mediaya məruzqalmanı azaltdıqda və ya tamamilə dayandırdıqda, onların psixi sağlamlığında yaxşılaşma müşahidə olunur “Uşaqları bu kimi hallardan qorumaq üçün Azərbaycanın İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarında dəyişiklik edilir. Belə ki, sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən olunub. Çünki 16 yaşınadək uşaqlar ətraf mühiti tam şəkildə dərk etmədikləri üçün müxtəlif qrupların söhbətlərinə qoşulmaları və manipulyasiyaya məruz qalmaları daha asandır. Yaş həddinin müəyyən olunmasında beynəlxalq təcrübəyə də istinad olunub. Layihəyə əsasən, 16–18 yaş aralığında olan şəxslərin sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yaratması, həmin hesablardan istifadə etməsi və məzmun paylaşması yalnız qanuni nümayəndələrinin razılığı və nəzarəti altında mümkün olacaq”, - deyə deputat bildirib Pərvanə Vəliyeva vurğulayıb ki, qanun layihəsinin qəbul olunması rəqəmsal məkanda uşaqların hüquqlarının müdafiəsinin gücləndirilməsinə, daha təhlükəsiz informasiya mühitinin formalaşdırılmasına, sosial media platformalarının fəaliyyətinə dair hüquqi mexanizmlərin təkmilləşdirilməsinə və dövlətin nəzarət imkanlarının artırılmasına mühüm töhfə verəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler