Tenqri
Ana Səhifə
Dünya

Deputat: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırılır

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsinin məqsədi rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin edilməsi, habelə bu platformaların fəaliyyətinin hüq

0 baxışazertag.az
Deputat: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırılır
Paylaş:

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsinin məqsədi rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin edilməsi, habelə bu platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsidir Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib O qeyd edib ki, dəyişiklik zamanı beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirilib, müxtəlif ölkələrin bu sahədə tətbiq etdikləri hüquqi mexanizmlər araşdırılıb və müvafiq təcrübələr nəzərə alınıb “Qanun layihəsində sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən edilib. Bu yaş həddinin müəyyənləşdirilməsi zamanı beynəlxalq təcrübəyə istinad olunub. Məsələn, Avstraliyanın onlayn təhlükəsizlik sahəsindəki qanunvericiliyində də müvafiq yaş məhdudiyyəti 16 yaş kimi müəyyənləşdirilib. Eyni zamanda, layihədə nəzərdə tutulub ki, 16-18 yaş aralığında olan şəxslər sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yarada, onlardan istifadə edə və məzmun paylaşa bilərlər, lakin bu fəaliyyət yalnız qanuni nümayəndələrinin razılığı və nəzarəti altında həyata keçirilə bilər Qanun layihəsində, həmçinin platforma provayderlərinin də mühüm vəzifələri müəyyən edilir. Bunlara uşaqların təhlükəsizliyinin təmin olunması, zərərli məzmunun qarşısının alınması, fərdi məlumatların qorunması, təhlükəli informasiyanın operativ şəkildə silinməsi və dövlət orqanları ilə əməkdaşlığın həyata keçirilməsi daxildir. Layihə ilə İnzibati Xətalar Məcəlləsinə yeni maddələrin əlavə olunması nəzərdə tutulub ki, bu da platforma provayderlərinin məsuliyyətinin daha aydın şəkildə müəyyənləşdirilməsinə xidmət edir”, - deyə deputat vurğulayıb Azər Allahverənov bildirib ki, qanun layihəsinin qəbul olunması uşaqların rəqəmsal mühitdə hüquqlarının müdafiəsinin gücləndirilməsinə, təhlükəsiz informasiya mühitinin formalaşdırılmasına, sosial şəbəkə platformalarının fəaliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsinə və dövlət nəzarəti mexanizmlərinin daha da gücləndirilməsinə xidmət edəcək “Belə bir qanun layihəsinin hazırlanmasının əsas səbəbi rəqəmsal texnologiyaların sürətli inkişafı ilə bağlıdır. Müasir dövrdə rəqəmsal texnologiyalar insanlara geniş imkanlar təqdim edir və xüsusilə də uşaqların və yeniyetmələrin internet mühitinə çıxışını xeyli asanlaşdırır. Nəticədə azyaşlılar müxtəlif sosial platformalarda asanlıqla qeydiyyatdan keçərək rəqəmsal mühitin aktiv iştirakçılarına çevrilirlər. Məhz bu səbəbdən uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması, onların zərərli məzmunlardan qorunması və sağlam inkişafının dəstəklənməsi dövlət siyasətinin vacib istiqamətlərindən biri kimi çıxış edir. Müxtəlif araşdırmalar və statistik məlumatlar göstərir ki, uşaqların rəqəmsal mühitdən həddindən artıq istifadəsi və ya zərərli məzmuna məruz qalması onların psixoloji, sosial və davranış inkişafına mənfi təsir göstərə bilir. Bu isə bəzi hallarda müxtəlif neqativ nəticələrə səbəb olur. Ona görə də rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir şəraitdə uşaqların rəqəmsal mühitdə hüquqlarının və təhlükəsizliyinin qorunması, onların zərərli informasiyalardan müdafiəsinin gücləndirilməsi, eyni zamanda, sosial şəbəkə platformalarının məsuliyyətinin artırılması xüsusi əhəmiyyət kəsb edir. Təqdim olunan qanun layihəsi də məhz bu məqsədlərə xidmət edir və uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühitin formalaşdırılmasına yönəlmiş mühüm hüquqi təşəbbüs kimi qiymətləndirilə bilər”, - deyə Milli Məclisin deputatı vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler