Tenqri
Ana Səhifə
Dünya

Departament rəhbəri: Neft kapitalının insan kapitalına çevrilməsində Dövlət Neft Fondu fəal rol oynayır

Azərbaycanın neft strategiyası üç mühüm sütuna əsaslanır. Birinci mərhələdə ölkəyə xarici sərmayələrin, texnologiyaların və infrastrukturun cəlb olunması təmin edilib. İkinci istiqamət karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün boru kəməri infrastrukturunun qurulması olub. Üçüncü m

0 baxışazertag.az
Departament rəhbəri: Neft kapitalının insan kapitalına çevrilməsində Dövlət Neft Fondu fəal rol oynayır
Paylaş:

Azərbaycanın neft strategiyası üç mühüm sütuna əsaslanır. Birinci mərhələdə ölkəyə xarici sərmayələrin, texnologiyaların və infrastrukturun cəlb olunması təmin edilib. İkinci istiqamət karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün boru kəməri infrastrukturunun qurulması olub. Üçüncü mərhələ isə neft gəlirlərinin səmərəli idarə olunması və gələcək nəsillər üçün qorunmasını əhatə edir AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət Neft Fondunun Strateji layihələr departamentinin rəhbəri Əli Sultanlı Dövlət Proqramının təqdim etdiyi imkanlara həsr olunmuş tədbirdə deyib. O bildirib ki, Dövlət Neft Fondunun fəaliyyəti makroiqtisadi sabitliyin qorunması, vəsaitlərin səmərəli idarə olunması və strateji əhəmiyyətli layihələrin maliyyələşdirilməsi istiqamətlərini əhatə edir: “Bu çərçivədə insan kapitalının inkişafına yönəlmiş təhsil layihələri də maliyyələşdirilir. 2007-ci ildən etibarən həyata keçirilən Dövlət Proqramı bu istiqamətdə mühüm rol oynayır. Mən özüm də bu proqramın məzunlarından biriyəm və bu sahədə çalışan bir çox mütəxəssis məhz həmin proqramın yetirməsidir” Departament rəhbəri əlavə edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq neft kapitalının insan kapitalına çevrilməsi strategiyası uğurla icra olunur və bu prosesdə Dövlət Neft Fondu fəal rol oynayır: “Fondun əsas məqsədi Elm və Təhsil Nazirliyi və digər tərəfdaş qurumlarla birgə proqramın səmərəli icrasını təmin etmək, tələbələrin ehtiyaclarına operativ cavab vermək və maliyyələşmənin şəffaf, vaxtında həyata keçirilməsini təmin etməkdir” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler