ABB Bank istiqrazlarına tələb təklifi üç dəfə üstələyib!
Vətəndaşlar üçün yeni investisiya və gəlir imkanı yaradan ABB Bankın istiqrazlarına abunəlik uğurla başa çatıb. Hər birinin nominal dəyəri 5 milyon manat, müddəti 1 və 2 il olan istiqraz emissiyaları investorlar tərəfindən yüksək maraqla qarşılanıb. Hər iki emissiya üzrə sifarişlərin ümumi həcmi 31

Vətəndaşlar üçün yeni investisiya və gəlir imkanı yaradan ABB Bankın istiqrazlarına abunəlik uğurla başa çatıb. Hər birinin nominal dəyəri 5 milyon manat, müddəti 1 və 2 il olan istiqraz emissiyaları investorlar tərəfindən yüksək maraqla qarşılanıb. Hər iki emissiya üzrə sifarişlərin ümumi həcmi 31,8 milyon manatdan çox olub. Bu, təklif olunan həcmdən üç dəfə çoxdur. Bu göstərici investorların ABB Bankın istiqrazlarına güclü inamını və bankın etibarlılığını bir daha təsdiqləyir İllik gəlirliliyi 9% olan 1 illik istiqrazlar üzrə ümumi sifariş həcmi 15 973 500 manat təşkil edib. Bu abunədə 136 investor iştirak edib, 154 ərizə təqdim edilib, onlardan 152-si icra olunub. Ümumilikdə 134 investorun sifarişi təmin edilib İllik gəlirliliyi 10% olan 2 illik istiqrazlar üzrə ümumi sifariş həcmi 15 859 700 manat təşkil edib. Bu abunədə 146 investor iştirak edib, 229 ərizə təqdim edilib, onlardan 219-u icra olunub. Nəticədə 138 investorun sifarişi uğurla yerinə yetirilib Nominal dəyəri 100 manat olan istiqrazlar hər buraxılış üzrə 50 000 ədəd partiya ilə buraxılıb. Bu istiqrazlar demateriallaşdırılmış formada, faiz ödənişləri ilə, təminatsız və zəmanətsiz buraxılmışdır. İnvestorlara faiz ödənişləri hər 90 gündən bir həyata keçiriləcək. Fiziki şəxslər üçün istiqrazlar üzrə faiz gəlirləri vergidən azaddır ABB Bank istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi təklif – abunə yolu ilə həyata keçirilib. İstiqrazların təkrar bazarda alqı-satqı imkanı da yaranacaq ABB Bank istiqrazları investorlara sabit və etibarlı gəlir mənbəyi təklif edir, eyni zamanda ölkədə kapital bazarlarının inkişafına mühüm töhfə verir Siz bu internet saytında ABB Bankın gələcək istiqraz emissiyalarının qrafiki ilə tanış ola bilərsiniz. Dəqiq tarixlər yeni buraxılışlar elan edildikdən sonra veriləcək ABB Bankın müasir, faydalı və universal məhsul və xidmətləri haqqında məlumatı bankın filial və ofislərindən, https://abb-bank.az/ rəsmi internet saytından, 937 nömrəli Məlumat Mərkəzinə zəng etməklə, həmçinin bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar


