Tenqri
Ana Səhifə
Dünya

Əmirliyin nümayəndə heyəti Səhiyyə Nazirliyində görüşlər keçirib - foto

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb Nazirlikdən verilən məlumata görə, Teymur Musayev çıxışında Azərbaycan Prezidenti İlham Əliyevi

0 baxışhaqqin.az
Əmirliyin nümayəndə heyəti Səhiyyə Nazirliyində görüşlər keçirib - foto
Paylaş:

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb Nazirlikdən verilən məlumata görə, Teymur Musayev çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfərlərini, o cümlədən Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana, o cümlədən Qarabağa səfərlərini qeyd edib, bu görüşlərin ikitərəfli əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb Nazir Azərbaycan ilə BƏƏ arasında müxtəlif sahələrdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib, ölkədə səhiyyə sisteminin müasirləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və rəqəmsal həllərin tətbiqi istiqamətində həyata keçirilən islahatlardan danışıb BƏƏ Xarici İşlər Nazirliyinin dövlət naziri Səid bin Mübarək Əl-Haciri qonaqpərvərliyə görə təşəkkür edib və ölkəsinin Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu bəyan edib Görüş zamanı tərəflər innovativ tibbi texnologiyaların tətbiqinə, infrastrukturun inkişafına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və rəqəmsal səhiyyə sistemlərinin yaradılmasına xüsusi diqqət yetirərək, səhiyyə sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərini ətraflı müzakirə ediblər. Tibbi kadrların hazırlanması, ixtisasartırma proqramları, tədqiqat və innovasiya sahəsində əməkdaşlıq, o cümlədən qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məsələləri də müzakirə edilib Sonda tərəflər qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi üçün belə görüşlərin əhəmiyyətini vurğuladılar və əlaqələrin genişləndirilməsi və konkret layihələrin həyata keçirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəldilər

Kaynak: haqqin.az

Diğer Haberler