Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir
BAKI, Azərbaycan, 11 may. Azərbaycan və Litvanın Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planına uyğun olaraq, Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir, Trend Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir Səfər çərçivəs

BAKI, Azərbaycan, 11 may. Azərbaycan və Litvanın Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planına uyğun olaraq, Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir, Trend Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir Səfər çərçivəsində Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda keçirilən görüşdə tədris prosesində beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyi vurğulanıb. Tərəflər həmçinin ümumi maraq doğuran məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparıblar Daha sonra qonaqlara təhsil ocağının yaranma tarixi, fəaliyyət istiqamətləri, tədris prosesində tətbiq olunan yeniliklər və bununla bağlı digər məsələlər barədə məlumat verilib. Nümayəndə heyətini maraqlandıran suallar da cavablandırılıb Litva nümayəndə heyətinin Azərbaycana mayın 15-dək davam edəcək səfəri çərçivəsində paytaxtda mədəni tur proqramında iştirak etməklə yanaşı, Quru Qoşunlarının hərbi hissəsinə, eləcə də Laçın, Xankəndi və Şuşa şəhərlərinə səfəri nəzərdə tutulub


