Vəliyevin babası nəvəsinin atasını niyə öldürdüyünü deyib
Bakı Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini, 20 yaşlı Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib haqqin.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi, mərhumun atası və təqs

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini, 20 yaşlı Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib haqqin.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi, mərhumun atası və təqsirləndirilən şəxsin babası Umyud Vəliyev ifadə verib. Ü.Vəliyev ifadəsində qeyd edib ki, qətlə yetirilən şəxs onun oğlu, həbs olunan şəxs isə nəvəsi olduğundan bu barədə danışmaq onun üçün çox çətindir: “Bilmirəm nə deyim, necə deyim. Öldürülən oğlumdur, öldürən mənim nəvəmdir. Söz tapmaq mənim üçün çətindir. Yalnız bilirəm ki, bu hadisə evdə olmayıb Baş verənləri oğlum İftixarın həyat yoldaşından evə gələndə öyrəndim. Oğlum 20 il evli idi. Ailənin böyük övladı Ayxandır. Heç ağlıma da gəlməzdi ki, belə bir hadisə baş verə bilər. Bəzən ailədaxili mübahisələr də olurdu. Mübahisələr zamanı Ayxan atasını ölümlə hədələməyib, ümumiyyətlə, belə bir söz deməyib. Hadisə baş verən gün mübahisə zamanı İftixarın əlində bıçaq olub. Nəvəm gələndə anasının əlində qan görüb atası onu bıçaqlayıb. Bu, bıçağı götürmək istəyəndə baş verib” Zərərçəkmişin hüquqi varisi olan baba nəvəsindən şikayət və tələbinin olmadığını bildirdi: “Mən nəvəmdən şikayət etmirəm” A.Vəlizadənin nənəsi Firanaz Vəliyeva baş verənlərlə bağlı danışmaqda çətinlik çəkdiyindən məhkəmədə ifadə vermək istəməyib. O, məhkəməyə ərizə təqdim edib ki, nəvəsindən şikayəti yoxdur Məhkəmə prosesi iyunun 24-də davam etdiriləcək Xatırladaq ki, hadisə 2025-ci ilin dekabrında gecə saatlarında Sabunçu rayonunun Ramana kəndində, Gülçülük sovxozu (Gülçülük sovxozu) adlanan ərazidə baş verib. Hüquq-mühafizə orqanlarına 44 yaşlı İftixar Vəlizadənin yaşadığı evdə deşici alətlə öldürülməsi barədə məlumat daxil olub. Vəlizadə şübhəli şəxs qismində saxlanılıb Faktla bağlı cinayət işi başlanıb. Vəlizadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub


