“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır
İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır. Bu gün həm mikro, kiçik və orta müəssisələr, həm də iri şirkətlər arasında İslam maliyyəsinə maraq nəzərəçarpacaq dərəcədə artır AZƏRTAC xəbər verir ki, bunu Nigeriyanın “Dar Al Halal Group” ş

İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır. Bu gün həm mikro, kiçik və orta müəssisələr, həm də iri şirkətlər arasında İslam maliyyəsinə maraq nəzərəçarpacaq dərəcədə artır AZƏRTAC xəbər verir ki, bunu Nigeriyanın “Dar Al Halal Group” şirkətinin baş icraçı direktoru Muhammadu Dikko Ladan İslam İnkişaf Bankının “Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusuna həsr olunmuş Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026-nın (AZHAB Forum) “Halal sənaye zonaları – Qabaqcıl halal ekosistemin inkişafı” adlı sessiyasda çıxışı zamanı deyib “COVID-19 pandemiyası dövründə ənənəvi bank sistemindən istifadə edən bir çox müəssisə faizlərin, əlavə ödənişlərin və cərimələrin yükü ilə üzləşdi. İslam maliyyə alətləri isə fərqli yanaşma təqdim edir. Nigeriya dünyəvi dövlət olsa da, İslam maliyyəsi ölkədə adətən faizsiz maliyyələşdirmə kimi təqdim olunur. Son illərdə bu sahədə fəaliyyət göstərən bankların və maliyyə institutlarının sayı sürətlə artıb. İlk İslam bankının fəaliyyətə başlamasından sonra bu sektor əhəmiyyətli inkişaf mərhələsinə qədəm qoyub. Bu maliyyə alətləri iqtisadi fəaliyyətin genişlənməsinə, sahibkarlığın inkişafına və investisiyaların cəlb edilməsinə mühüm töhfə verir. Atılan addımlar həm artan tələbatın qarşılanmasına, həm də ölkədə sahibkarlığın və iqtisadi inkişafın dəstəklənməsinə xidmət edir”, - deyə o bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

