Tenqri
Ana Səhifə
Dünya

Danimarka ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Danimarka Krallığının Azərbaycandakı qeyri-rezident səfiri Ole Toft və “Novo Nordisk Azərbaycan” əczaçılıq şirkətinin baş direktoru Şule Erdim Ersoy ilə görüşüb Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Danimarka arasında iqtisadi əməkdaşlığın

0 baxışazertag.az
Danimarka ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb
Paylaş:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Danimarka Krallığının Azərbaycandakı qeyri-rezident səfiri Ole Toft və “Novo Nordisk Azərbaycan” əczaçılıq şirkətinin baş direktoru Şule Erdim Ersoy ilə görüşüb Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Danimarka arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlığın genişləndirilməsi və biznes əlaqələrinin şaxələndirilməsi imkanları müzakirə olunub Tərəflər ölkələrimizin iqtisadi əməkdaşlıq gündəliyində yer alan prioritet istiqamətləri nəzərdən keçirərək, müxtəlif sahələrdə işgüzar əlaqələrin dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar Azərbaycanın əlverişli investisiya mühiti, özəl sektorun inkişafı və beynəlxalq şirkətlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb Görüş zamanı “Novo Nordisk Azərbaycan” şirkətinin ölkəmizdəki fəaliyyəti, səhiyyə sektorunda qarşılıqlı təşəbbüslərin reallaşdırılması, innovativ həllərin tətbiqi və dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub. Bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi və qabaqcıl beynəlxalq təcrübənin tətbiqinin əhəmiyyəti qeyd edilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler