Dana quyruğu tökülür! Acun Ilıcalının ən böyük arzusu gerçəkləşə bilər
İngiltərə Premyer Liqasına yüksələcək sonuncu komanda sabah bəlli olacaq. Acun Ilıcalının sahibi olduğu "Hall Siti" Çempionşip pley-off finalında "Midlsbro" ilə qarşılaşacaq İngiltərə çempionatının pley-off mərhələsinin finalı paytaxt Londondakı “Uembli” stadionunda keçiriləcək. Türkiyəli iş adamı

İngiltərə Premyer Liqasına yüksələcək sonuncu komanda sabah bəlli olacaq. Acun Ilıcalının sahibi olduğu "Hall Siti" Çempionşip pley-off finalında "Midlsbro" ilə qarşılaşacaq İngiltərə çempionatının pley-off mərhələsinin finalı paytaxt Londondakı “Uembli” stadionunda keçiriləcək. Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" və "Midlsbro" Premyer Liqa bileti uğrunda mübarizə aparacaq. Qarşılaşma sabah Bakı vaxtı ilə saat 17.30-da başlayacaq Hull City mövsümdən sonra ilk dəfə Premyer Liqaya yüksəlməyi hədəfləyir. İngilis komandası bundan əvvəl 2008-ci ildə Bristol Siti və 2016-cı ildə Şeffild Uensdey komandalarına qarşı pley-off finalında qalib gələrək Premyer Liqaya yüksəlməyi bacarmışdı Çempionşipdə mövsümü ilk iki pillədə başa vuran Koventri Siti və İpsviç Taun birbaşa Premyer Liqaya yüksələn komandalardı. Son bileti alacaq komanda “Hall Siti” ilə “Midlsbro” arasında keçiriləcək finaldan sonra bəlli olacaq “Hall Siti”nin finaldakı rəqibi son anda dəyişmişdi. Sauthemptonun Çempionatın pley-off mərhələsində rəqibinin məşqini gizli şəkildə qeydə alması iddialarından sonra araşdırma başladılıb Müstəqil intizam komissiyasının apardığı araşdırma nəticəsində Sauthempton günahkar bilinib. İngiltərə komandası finaldan kənarlaşdırılarkən, əvəzində yarımfinalda mübarizədən kənarlaşdırılan "Midlsbro"nun finala yüksəlməsinə qərar verilib Hadisələrdən sonra bütün gözlər Acun Ilıcalının sahibi olduğu Hull City-yə çevrilib. İngiltərə komandası Premyer Liqaya yüksəlməklə tarixi uğur qazanmağı qarşısına məqsəd qoyub


