Daşkəsəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində tibbi müayinələr keçirilib
"Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində növbəti səyyar tibbi aksiya Daşkəsən rayonunda təşkil olunub Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü və təşkilatçılığı, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə həyata keçirilən lay

"Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində növbəti səyyar tibbi aksiya Daşkəsən rayonunda təşkil olunub Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü və təşkilatçılığı, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində sakinlərə ödənişsiz tibbi xidmətlər göstərilib Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında keçirilən müayinələr zamanı kardiologiya, endokrinologiya, uşaq nevrologiyası, nevrologiya, dermatologiya və urologiya istiqamətləri üzrə həkimlər tərəfindən tibbi müayinələr aparılıb İki gün ərzində ümumilikdə 300-dən çox rayon sakini müayinədən keçib. Müayinə nəticəsində səhhətində problem aşkarlanan şəxslərə müvafiq tibbi tövsiyələr verilib və müalicə istiqamətləri müəyyənləşdirilib Tədbirin təşkilində AHİK könüllüləri də fəal iştirak ediblər Qeyd edək ki, "Həmkardan həmkara qayğı ilə" layihəsi ucqar bölgələrdə yaşayan əhalinin tibbi xidmətlərə çıxış imkanlarının artırılması, onların sağlamlığının qorunması və dövlətimizin sosial siyasətinə töhfə vermək məqsədi daşıyır 2025-ci ilin aprel ayından start götürən layihə çərçivəsində indiyədək ümumilikdə 3 minə yaxın vətəndaş ödənişsiz tibbi müayinələrdən faydalanıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

Böyük Britaniyada 2027-ci ildən 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə qadağan ediləcək - Vlast analitik onlayn jurnalı

Qırğızıstan MDB-də ilk olaraq protezlərin 3D çapını işə saldı: artıq Akçabarda aylarla gözləmək lazım deyil
