Tenqri
Ana Səhifə
Dünya

Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb

Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu - “TIIF-2026” işə başlayıb AZƏRTAC rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, builki forum rekordlar qırmağa hazırlaşır: tədbirdə iştirak edən şirkətlərin və maliyyə qurumlarının ümumi aktivləri 42 trilyon dollar və ya qlobal ümumi daxili məhsulun təxm

0 baxışazertag.az
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
Paylaş:

Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu - “TIIF-2026” işə başlayıb AZƏRTAC rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, builki forum rekordlar qırmağa hazırlaşır: tədbirdə iştirak edən şirkətlərin və maliyyə qurumlarının ümumi aktivləri 42 trilyon dollar və ya qlobal ümumi daxili məhsulun təxminən 38 faizini təşkil edir. Ekspertlərin hesablamalarına görə, “TIIF-2026” Mərkəzi Asiya tarixində ən böyük investisiya platformalarından biridir Tədbirdə iştirak etmək üçün Daşkəndə 100 ölkədən 3423 xarici təmsilçi, o cümlədən Azərbaycan nümayəndə heyəti gəlib. İştirakçıların ümumi sayı 8316 nəfəri keçərək forum üçün bütün zamanların rekordunu qırıb Üç gün ərzində Özbəkistanın paytaxtı kapital, beynəlxalq biznes və əsas investisiya qərarları üçün qlobal mərkəzə çevriləcək Forumda aparıcı qlobal maliyyə bazarı şirkətlərinin – “BlackRock”, “JPMorgan Chase”, “Citibank”, “Visa”, “Franklin Templeton”, “Standard Chartered”, “Rothschild & Co” və London Fond Birjası Qrupunun rəhbərləri, eləcə də “Meta” bp, “Masdar”, “ACWA Power”, “Airbus”, “Mitsubishi Heavy Industries”, “DP World” və digər transmilli korporasiyalar da daxil olmaqla enerji, texnologiya və sənaye sektorlarının nümayəndələri iştirak edirlər Forum “İnvestisiya davamlılığı: Yeni sərhədlər, yeni tərəfdaşlıqlar” devizi altında keçirilir. Proqrama geologiya, vacib xammal, yaşıl enerji, süni intellekt, nəqliyyat və logistika infrastrukturu, sənaye əməkdaşlığı və rəqəmsal iqtisadiyyat mövzularında müzakirələr daxildir. Körfəz, Avropa və Asiyanın ən böyük suveren sərvət fondlarını əhatə edən yeni investisiya müqavilələrinin müzakirəsinə xüsusi diqqət yetiriləcək “TIIF 2026” qlobal medianın diqqət mərkəzindədir. Forumu işıqlandırmaq üçün 41 ölkədən 209 xarici jurnalist akkreditə olunub. “Bloomberg”, “Reuters”, “BBC News”, “Euronews”, “Nikkei”, CGTN və TRT kimi beynəlxalq media orqanları Daşkənddən canlı reportajlar yayımlayır Ekspertlər hesab edirlər ki, forum zamanı imzalanan əsas sənədlər və investisiya müqavilələri Özbəkistan iqtisadiyyatının daha da inkişafına güclü təkan verəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler