Daha yazdıqlarım qalmır yadımda
Hərdən oxuyuram özüm özümü Daha yazdıqlarım qalmır yadımda Hərdən axtarıram özüm özümü Görürəm, yadımdan çıxıb adım da Deyim ki, yaşdandı, yaş o yaş deyil Yaxını uzaqdan seçə bilirəm Arandan vururam, dağdan çıxıram Haradadır bizim küçə - bilirəm Bilsəm də dünyanın gəlir-çıxarın Baş aça bilm

Hərdən oxuyuram özüm özümü Daha yazdıqlarım qalmır yadımda Hərdən axtarıram özüm özümü Görürəm, yadımdan çıxıb adım da Deyim ki, yaşdandı, yaş o yaş deyil Yaxını uzaqdan seçə bilirəm Arandan vururam, dağdan çıxıram Haradadır bizim küçə - bilirəm Bilsəm də dünyanın gəlir-çıxarın Baş aça bilmirəm özüm özümdən Əlimdən alırlar halal tikəmi Bir kəlmə söz demək gəlmir üzümdən Adımı qoyublar "yaxşı adamdı" Kimsənin işinə dəyib dolaşmaz Özləri bir gündə min ev yıxırlar İnsanlıq adına, vallah, yaraşmaz Bu nə zəmanədi, bu nə dövrandı İnsanı şeytandan ayırmaq olmur? Bilirsən ki, şeytan şeytandı, qardaş İnsan iştahasın doyurmaq olmur Milyon illərdir ki, yol gəlir insan Hələ də özündə-sözündə deyil Bütün ömrü boyu haqq arasa da Haqqın yolunda yox, izində deyil Onunçün də dünya yaranışından Qana bələnibdi, qana düşübdü Doğmalar yadlaşıb, yaddaşlar itib Hərəsi bir səmtə, yana düşübdü Özümdə özümü çox axtarmışam Ayaq yer tutandan, ağlım kəsəndən Hələ də özümü tapa bilmirəm Bu çaşqın dünyaya yolum düşəndən Nə qəfil görüşdü... Görüşdük yenə Aradan əlli il keçəndən sonra Çox çətin tanıdıq bir-birimizi Yadlar tək hal-əhval tutandan sonra Bəlkə də bu da bir tale qarğışı Qismətin sonuncu əzabı idi İllərcə yuxusuz gecəmiz olan Nakam sevgimizin turş dadı idi Əllərin, gözlərin, qaşın-qabağın Şaxtada don vuran çiçək kimiydi Ümidlər, arzular, sonsuz diləklər Budaqdan üzülən ləçək kimiydi Aradan əlli il, əlli il keçib Hələ də utanıb qaçırırıq göz Elə o vaxtlar da, elə indi də Elə bil qəhədə çıxmışdı hər söz "Heyif o sevgiyə, o məhəbbətə"* Qədrini bilmədik, bilmədik niyə?! İndi o sevgilər, o məhəbbətlər Yağlı əppək olub çəkilib göyə Baxışlar pərişan, baxışlar üzgün Daha əlimizdən nə gəlir indi Ortada bir nakam sevgi ağlayır *misra Nüsrət Kəsəmənlinindir Çox ahı-zar eyləmə sən Öz dərdini özün ağla Öz əlinlə özün bağla Yad bağlasa, yalan bağlar Sonra ağrın daşıb çağlar Ömrün yarı yolda ağlar Hərənin də var öz dərdi Hara baxsan, dərd göyərdi Rəhmətlik babam deyərdi: "Sən özün özünü saxla" Onsuz da dünyadı fani Gəl qaraltma nahaq qanı Təbiət uyuyub qış yuxusuna Ağaclar qırovdan çiçəkləyibdi Cığırlar itibdi qar topasında Quşla da yem üçün qəribsəyibdi Bürünüb ağ tülə dağlar, dərələr Zirvələr sükutda mürgü döyürlər Gözü yolda qalan ürkək təpələr Bahar sorağıyla yol gözləyirlər Torpaq nəfəs alır qış yatağında Hərarət bürüyüb yorğun canını Çaylar sakit-sakit gumuldanırlar Bulaqlar unudub həyəcanını Döyür qapıları qış püsəkləri Arabir xəfifcə əsir külək də Hərdən duman gəlir, hərdən çən gəlir Yellənir ağaclar sakit, ahəstə Bu qışın qışlığı başqa bir aləm Canlı da, cansız da öz aləmində Bir şair dünyası heyrət içində Çaşıb, çabalayır söz aləmində Güllər açıb, ətir saçır aləmə Bahar gəlib, ana yurdum güllənir Novruz gülüm, qar çiçəyim, nərgizim Dil açaraq şirin-şirin dillənir Gül-çiçəyə bürünübdü təbiət Kəpənəklər çiçək-çiçək dolaşır Bal arısı hər çiçəkdən bal yığır Böcəklər də nəğməsiylə yarışır Lalələr, reyhanlar, tül örpəklilər Oxşayır çəməndə xalı rənginə Təbiət uyduqca şeh nəfəsinə Dönür bulaqların xoş ahənginə Nə qədər gözəlsən, canımız Vətən Hər qarış torpağın cənnətdi, cənnət Başın uca olsun, ana təbiət Hər an yetirirsən bir yeni nemət


