Tenqri
Ana Səhifə
Dünya

Daha 200 şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu il əlilliyi olan daha 200 şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib Bu barədə AZƏRTAC-a ƏƏSMN-in İctimaiyyətlə əl

0 baxışazertag.az
Daha 200 şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib
Paylaş:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu il əlilliyi olan daha 200 şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib Bu barədə AZƏRTAC-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib Bildirilib ki, onlar mühərrikli təkərli oturacaq, açıq və qapalı məkanda, sanitar-təchizatlı təkərli oturacaq, əsa, dirsəkaltı və qoltuqaltı ağac, statik vertikalizator, dördayaqlı dayaq vasitəsi və s. olmaqla ümumilikdə 7600-dək reabilitasiya vasitəsi ilə təmin ediliblər Qeyd edək ki, ehtiyac duyduqları reabilitasiya vasitələrini almaq üçün özlərinin, yaxud yaxınlarının Bakıya, agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gələ bilmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunur 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler