Tenqri
Ana Səhifə
İdman

DÇ-nin açılış oyununda qol vuran ulduzun nişanlısından ecazkar fotolar

Meksika millisinin 35 yaşlı hücumçusu Raul Ximenes DÇ-2026-da Cənubi Afrika Respublikasına qarşı açılış matçında qol vurdu Bu, onun dördüncü Dünya Kubokudur. Ailəsi onun mükəmməl qolu vurduğunu və ardınca sevinc göz yaşlarını axıtdığını “Asteca” stadionunun tribunasından izləyib Publika.az oxucula

0 baxışpublika.az
DÇ-nin açılış oyununda qol vuran ulduzun nişanlısından ecazkar fotolar
Paylaş:

Meksika millisinin 35 yaşlı hücumçusu Raul Ximenes DÇ-2026-da Cənubi Afrika Respublikasına qarşı açılış matçında qol vurdu Bu, onun dördüncü Dünya Kubokudur. Ailəsi onun mükəmməl qolu vurduğunu və ardınca sevinc göz yaşlarını axıtdığını “Asteca” stadionunun tribunasından izləyib Publika.az oxucuları Raul Ximenesin nişanlısı Daniela Basso ilə tanış edir Daniela Basso 23 iyun 1989-cu ildə Mexiko şəhərində anadan olub. Onun 37 yaşı var və Ximenesdən iki yaş böyükdür Daniela aktrisadır. O, Latın Amerikasında və Cənubi Amerikada çox sevilən seriallarda ixtisaslaşıb. Məsələn, “Sadəcə Mariya” serialında rol alıb. Xeyr, analarımızın və nənələrimizin çox sevdiyi telenovella deyil, 2015-ci ildə çəkilmiş müasir adaptasiyadır O, təxminən on ildir ki, Ximeneslə birlikdə Avropada yaşamasına baxmayaraq, Meksikada çəkiliş meydançalarında işləməyə davam edir Daniela və Raul 2017-ci ilin iyul ayından bəri birlikdədirlər və ortaq dostlarının vasitəsilə tanış olublar. Həmin vaxtlar o, “Benfika”da oynayırdı 2018-ci ildə cütlük İngiltərəyə köçdü: hücumçu əvvəlcə “Vulverhempton”a icarəyə verildi və bir il sonra tam müqavilə imzaladı 21 iyul 2020-ci ildə Raul və Daniela valideyn oldular: qızlarının adını Arya qoydular. 2022-ci ilin may ayında Ximenes ailəsi yenidən böyüdü: Ander adlı oğlan dünyaya gəldi Bir neçə il əvvəl Daniela bir ənənəyə başladı: Ximenesin hər vacib matçında uşaqlarını qucaqlayaraq şəkil çəkdirir. 2026-cı il Dünya Kubokunun açılış matçı da istisna deyildi Yeri gəlmişkən, cütlük hələ də rəsmi olaraq evlənməyib. Ximenes Danielaya 2025-ci ilin əvvəlində evlilik təklifi edib. “Bu gün həyatımızı birlikdə keçirəcəyimizə söz veririk. İsveçrə Alpları bizim şahidlərimizdir. O, “Bəli!” dedi”, – deyə hücumçu sosial media hesabında yazıb Bir sözlə, Raul Dünya Kubokunda ilk qolunu kürəkən və iki uşaq atası kimi vurdu! Həmzətin qələbəsindən sonra kütləvi dava düşdü - VİDEO DÇ-2026: Futbolçular istidən belə qorunur - FOTOLAR Montella: "Bu ruhda davam etsək..." İrankunda Avstraliya - Türkiyə matçının ən yaxşı oyunçusu seçildi DÇ-2026: Türkiyə Avstraliyaya məğlub oldu - YENİLƏNİb Bu futbolçular Mourinyonun "qara siyahı"sına düşdü Bakıda dəhşət: Keçmiş həyat yoldaşı və qayınanasını öldürüb intihar etdi Məşhur infeksionistdən durğun sularda çimənlərə xəbərdarlıq DÇ-nin açılış oyununda qol vuran ulduzun nişanlısından ecazkar fotolar İşə götürdükləri qadını 2 il bağlı mənzildə qul kimi işlətdilər DÇ-2026: Türkiyə Avstraliyaya məğlub oldu - YENİLƏNİb Türkiyədə narkotiklə bağlı yeni həbs dalğası - Hansı məşhurlar saxlanılıb? Türkiyədə səhnəyə elə libasda çıxdı ki... - VİDEO DÇ-2026: Braziliya Mərakeşi məğlub edə bilmədi - YENİLƏNDİ

Kaynak: publika.az

Diğer Haberler