Tenqri
Ana Səhifə
Dünya

DÇ-2026-ya dəvət olunan 170 hakimdən 55-i Avropanı təmsil edəcək - ARAŞDIRMA

İyunun 11-də start götürəcək futbol üzrə dünya çempionatında yer alacaq 170 hakimdən 55-i Avropanı təmsil edəcək "Report"un araşdırmasına görə, mundiala 6 konfederasiya və 50 assosiasiyadan olan 52 baş hakim, 88 köməkçi hakim və 30 VAR hakimi dəvət alıb Bu, indiyə qədər keçirilən dünya çempionatla

0 baxışreport.az
DÇ-2026-ya dəvət olunan 170 hakimdən 55-i Avropanı təmsil edəcək - ARAŞDIRMA
Paylaş:

İyunun 11-də start götürəcək futbol üzrə dünya çempionatında yer alacaq 170 hakimdən 55-i Avropanı təmsil edəcək "Report"un araşdırmasına görə, mundiala 6 konfederasiya və 50 assosiasiyadan olan 52 baş hakim, 88 köməkçi hakim və 30 VAR hakimi dəvət alıb Bu, indiyə qədər keçirilən dünya çempionatları tarixində ən geniş hakim heyətidir və DÇ-2022-də qeydə alınan göstəricidən 41 nəfər çoxdur 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında olduğu kimi, bu dəfə də qadın hakimlərin xidmətinə ehtiyac duyulub. Belə ki, ABŞ-dən Tori Penso, Meksikadan isə Katya Qarsiya oyunlar zamanı baş hakim kimi iş başında olmaq imkanı qazanıblar Onlarla yanaşı, Fransa və Argentina arasında baş tutan DÇ-2022-nin final matçını idarə etmiş polşalı Şimon Marçinyak, Almaniyada təşkil olunan AVRO-2024-də İspaniya ilə İngiltərə arasındakı həlledici görüşdə iş başında olmuş Fransua Leteksye də DÇ-2026-da yer alıb. Siyahıda həmçinin Maykl Oliver, Entoni Teylor (hər ikisi İngiltərə), Slavko Vinçiç (Sloveniya), Kleman Türpen (Fransa), Feliks Svayer (Almaniya), Alexandro Ernandes (İspaniya) kimi məşhur referilərin də adları var FIFA-nın siyahısında ən çox hakimlə təmsil olunan qitə Avropadır. Belə ki, sözügedən qitənin 55 fit sahibi mundiala dəvət alıb. Cənubi Amerika 39, Şimali Amerika 29, Asiya 21, Afrika 20, Avstraliya və Okeaniya isə hərəyə 6 hakimlə təmsil olunacaq. Ölkələr üzrə isə ən çox hakim Braziliya və Argentinadan (hərəsindən 9 hakim) gələcək İngiltərə (7), Fransa (7), Niderland (5), İspaniya (4), Polşa (4), İtaliya (4), Almaniya (4), Norveç (3), Rumıniya (3), İsveç (3), Portuqaliya (3), İsveçrə (3), Sloveniya (3), Xorvatiya (1), Belçika (1) Braziliya (9), Argentina (9), Uruqvay (5), Çili (4), Venesuela (4), Paraqvay (3), Kolumbiya (3), Peru (2) ABŞ (8), Meksika (7), Kanada (3), Honduras (3), Salvador (2), Kosta-Rika (2), Nikaraqua (2), Yamayka (1), Trinidad və Tobaqo (1) Qətər (4), Səudiyyə Ərəbistanı (3), Çin (3), İordaniya (3), BƏƏ (3), Özbəkistan (3), Yaponiya (2) Misir (4), Mərakeş (4), Qabon (3), Əlcəzair (3), CAR (2), Somali (1), Mavritaniya (1), Anqola (1), Kamerun (1) Artıq texnologiyanın da futbola sirayət etməsi normal hal alıb və hətta maraqla qarşılandığını da söyləmək mümkündür. Məhz bunu nəzərə alan FIFA dünya çempionatı oyunlarında tempin artırılmasına və vaxt itkisinin azaldılmasına yönələn bir sıra yeniliklərin tətbiqi ilə bağlı da qərarlar qəbul edib. Belə ki, ötən il yeni formatda ABŞ-də təşkil olunan klublararası dünya çempionatında ilk dəfə tətbiq edilən hakimlərin bədən kameralarından DÇ-2026-da da istifadə olunacaq Süni intellekt tərəfindən dəstəklənən proqram təminatı real vaxt rejimində çəkilmiş görüntüləri daha yüksək keyfiyyətə daşıyacaq, həmçinin hərəkət bulanıqlığını azaldaraq azarkeşlərə meydanda yaşananlara hakimin perspektivindən daha yaxşı baxış imkanı təqdim edəcək. Bundan əlavə, daha əvvəl də istifadə olunmuş qapı xətti ("Goal line"), yarıavtomatlaşdırılmış ofsayd texnologiyasının inkişaf etmiş versiyasından, həmçinin toplara inteqrasiya edilmiş cihazlardan yararlanılacaq Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler