DÇ-2026-nın ilk altı günündə Qətər mundialından daha çox avtoqol qeydə alınıb
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında avtoqolların sayı diqqət çəkib AZƏRTAC xəbər verir ki, bu barədə "Squawka" statistik platforması məlumat yayıb Bildirilib ki, mundialın ilk altı günündə artıq üç avtoqol qeydə alınıb. Paraqvay millisinin futbolçusu

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında avtoqolların sayı diqqət çəkib AZƏRTAC xəbər verir ki, bu barədə "Squawka" statistik platforması məlumat yayıb Bildirilib ki, mundialın ilk altı günündə artıq üç avtoqol qeydə alınıb. Paraqvay millisinin futbolçusu Damian Bobadilya, Qətər yığmasının üzvü Miro Muxaym və Misir millisinin oyunçusu Məhəmməd Hani topu öz qapılarından keçiriblər Beləliklə, DÇ-2026-da cəmi altı gün ərzində vurulan avtoqolların sayı 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının ümumi göstəricisini üstələyib. Həmin turnirdə iki avtoqol qeydə alınmışdı Qeyd edək ki, dünya çempionatları tarixində ən çox avtoqol 2018-ci ildə Rusiyada təşkil olunan mundialda vurulub. Həmin turnirdə futbolçular 12 dəfə topu öz qapılarından keçiriblər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Media: ABŞ memorandum imzaladıqdan sonra İrana neft satmağa icazə verəcək

ABŞ-ın qüdrətli adları gizli cəmiyyətdə görüşüb, təfərrüatları açıqlanıb: “Nüvə silahını geri qaytarın”, “Start a Cult” mövzulu görüşlər, matchmaking xidmətləri... | T24
