DÇ-2026-nın açılış oyunu yeni rekordla yadda qalıb
Futbol üzrə DÇ-2026-nın açılış matçı rekord göstərici ilə yadda qalıb "Report" xəbər verir ki, ilk dəfə açılış oyununda baş hakim futbolçulara 3 dəfə qırmızı vərəqə göstərib Rekord göstərici Meksika - CAR qarşılaşmasına təsadüf edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb Q

Futbol üzrə DÇ-2026-nın açılış matçı rekord göstərici ilə yadda qalıb "Report" xəbər verir ki, ilk dəfə açılış oyununda baş hakim futbolçulara 3 dəfə qırmızı vərəqə göstərib Rekord göstərici Meksika - CAR qarşılaşmasına təsadüf edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb Qarşılaşmada ilk qırmızı vərəqə oyunun 49-cu dəqiqəsində göstərilib. CAR millisinin futbolçusu Sfifelo Sitxole rəqibin aşkar qol imkanını pozduğuna görə meydandan kənarlaşdırılıb 84-cü dəqiqədə VAR sisteminin müdaxiləsindən sonra braziliyalı hakim Vilton Sampayo kobud oyuna görə Tembe Zvaneyə qırmızı vərəqə göstərib. Bununla da Afrika təmsilçisi oyunu doqquz nəfərlə davam etdirməli olub Əlavə vaxtın ikinci dəqiqəsində isə növbəti qırmızı vərəqə qeydə alınıb. Meksika millisinin müdafiəçisi Sesar Montes rəqibin aşkar qol imkanını əngəllədiyinə görə meydandan qovulub Beləliklə, dünya çempionatlarının açılış oyunlarında göstərilən qırmızı vərəqələrin sayı üzrə yeni rekord müəyyənləşib. Əvvəlki rekord 1990-cı ildə Argentina və Kamerun yığmaları arasında keçirilən açılış matçına məxsus idi. Həmin görüşdə Kamerun millisinin iki futbolçusu qırmızı vərəqə almışdı Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


