DÇ-2026: Fransa 3 xalı 3 qolla qazanıb
DÇ-2026-nın qrup mərhələsində növbəti oyunlar keçirilir Apasport.az xəbər verir ki, I qrupunda Fransa millisi Seneqal ilə qarşılaşır Nyu-Yorkda keçirilən görüşə bu gün Bakı vaxtı ilə saat 23:00-da start verilib Matçın ilk hissəsində qapılara qol vurulmayıb İkinci hissəyə daha fəal başlayan Frans

DÇ-2026-nın qrup mərhələsində növbəti oyunlar keçirilir Apasport.az xəbər verir ki, I qrupunda Fransa millisi Seneqal ilə qarşılaşır Nyu-Yorkda keçirilən görüşə bu gün Bakı vaxtı ilə saat 23:00-da start verilib Matçın ilk hissəsində qapılara qol vurulmayıb İkinci hissəyə daha fəal başlayan Fransa istəyinə 66-cı dəqiqədə çatıb. Maykl Olisenin mükəmməl ötürməsindən sonra Kilian Mbappe hesabı açıb 82-ci dəqiqədə Fransa hesab arasındakı fərqi artırıb. Rabiyonun pasında qapıçıyla təkbətək çıxan Bredli Barkola topu Eduard Mendinin başı üzərindən tora qovuşdurub 95-ci dəqiqədə Seneqalın heyətində İbrahim Mbaye fərqi azaltsa da, 1 dəqiqə sonra Kilian Mbappe fantastik zərbə ilə yenidən fərqi 2 topa çatdırıb: 3:1 Görüş bu hesabla da başa çatıb DÇ-2026 I qrupu 16 iyun 23:00. Fransa – Seneqal 3:1 Qol: K. Mbappe, 66, 96, B. Barkola, 82, İ. Mbaye, 90+5 Fransa: 16. Mayk Menyan, Dayo Upamenkano, 5. Jül Kunde, 17. Villiam Saliba, 19. Teo Ernandes, 8. Orelyen Çuameni, 14. Adrien Rabyo, 7. Usman Dembele, 10. Kilian Mbaappe (k), 11. Maykl Olise, 20. Dezire Due Ehtiyat oyunçular: 1 Bris Samba, 23 Robin Risser, 2 Malo Qusto, 3 Lukas Din, 15 İbrahima Konate, 21 Lukas Ernandes, 26 Maksans Lakrua, 6 Manu Kone, 13 Nqolo Kante, 18 Varren Zair-Emeri, 24 Rayan Şerki, 25 Maqnes Akliuş, 9 Markus Türam, 12 Bredli Barkola, 22 Jan-Filip Mateta Baş məşqçi: Didye Deşam Seneqal: 16. Eduard Mendi, 3. Xalidu Kulibali (k), 15. Krepin Diatta, 19. Mussa Niakate, 25. El Hadji Malik Diuf, 5. İdrissa Qana Qeye, 8. Lamin Kamara, 26, Pape Qeye, 10. Sadio Mane, 11. Nikolas Cekson, 18. İsmaila Sarr Ehtiyat oyunçular: 1 Yevan Diuf, 23 Mori Diav, 2 Mamadu Sarr, 4 Abdulaye Sek, 14 İsmayıl Yakobs, 24 Antuan Mendi, 6 Pate Siss, 17 Pap Matar Sarr, 21 Habib Diarra, 22 Bara Sapoko Ndiay, 7 Assan Diao, 9 Bamba Dienq, 12 Şerif Ndiay, 13 İliman Ndiay, 20 İbrahim Mbaye

