DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
FIFA-nın dünya çempionatından iqtisadi və media baxımından rekord nəticələr əldə edəcəyi proqnozlaşdırılır AZƏRTAC “Marca”ya istinadən xəbər verir ki, “Global Market Intelligence”in hesabatında turnirin FIFA-ya ümumilikdə təxminən 9 milyard ABŞ dolları gəlir gətirəcəyi bildirilir. Bu göstəricinin d

FIFA-nın dünya çempionatından iqtisadi və media baxımından rekord nəticələr əldə edəcəyi proqnozlaşdırılır AZƏRTAC “Marca”ya istinadən xəbər verir ki, “Global Market Intelligence”in hesabatında turnirin FIFA-ya ümumilikdə təxminən 9 milyard ABŞ dolları gəlir gətirəcəyi bildirilir. Bu göstəricinin dünya çempionatları tarixində rekord olduğu qeyd olunur Hesabatda göstərilir ki, gəlirlərin böyük hissəsi, yəni, təxminən 3,9 milyard dolları televiziya yayım hüquqlarından əldə olunacaq. 48 komandanın iştirakı ilə 104 matçın keçirilməsi turnirin həm iqtisadi, həm də media təsirini artıran əsas amillərdən biri kimi qiymətləndirilir. Turnir ərzində stadionlara ümumilikdə 5 milyonadək azarkeşin cəlb olunacağı gözlənilir. Bilet satışlarından əldə olunacaq gəlirin əvvəlki dünya çempionatları ilə müqayisədə əhəmiyyətli dərəcədə artacağı və əlavə olaraq 950 milyon ABŞ dolları həcmində daha yüksək göstərici qeydə alınacağı bildirilir Proqnozlara görə, 2023–2026-cı illəri əhatə edən dünya çempionatı dövrü ümumilikdə 13 milyard ABŞ dolları həcmində gəlir gətirəcək. Növbəti dövr – 2030-cu ildə İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək dünya çempionatına qədər olan mərhələ isə 14 milyard ABŞ dolları gəlirlə daha yüksək göstərici nümayiş etdirəcək Digər bir hesabata əsasən, 2026-cı il mundialının qlobal ümumi daxili məhsula (ÜDM) 40,9 milyard dollar töhfə verəcəyini və dünyada 824 min yeni iş yerinin yaradılacağını göstərir. Bununla belə, hesabatlarda ABŞ-də turnirin iqtisadi təsirinin “məhdud və qısamüddətli” olacağı da vurğulanır Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


