Tenqri
Ana Səhifə
Dünya

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

Futbol üzrə dünya çempionatında ən böyük məyusluq yarada biləcək komandalar açıqlanıb AZƏRTAC "Goal" nəşrinə istinadən xəbər verir ki, mütəxəssislərin bir qismi Braziliya millisinin gözləntiləri doğrultmayacağını düşünür. Bildirilib ki, Karlo Ançelottinin rəhbərliyi altında komanda hələ tam formala

0 baxışazertag.az
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
Paylaş:

Futbol üzrə dünya çempionatında ən böyük məyusluq yarada biləcək komandalar açıqlanıb AZƏRTAC "Goal" nəşrinə istinadən xəbər verir ki, mütəxəssislərin bir qismi Braziliya millisinin gözləntiləri doğrultmayacağını düşünür. Bildirilib ki, Karlo Ançelottinin rəhbərliyi altında komanda hələ tam formalaşmayıb və heyətdə bəzi mövqelərdə seçim imkanları məhduddur. Bu səbəbdən "sambaçılar"ın erkən mərhələdə mübarizəni dayandıracağı istisna edilmir Almaniya yığması da uğursuzluq yaşaya biləcək potensial namizədlər sırasında göstərilib. Qeyd olunub ki, komanda son böyük turnirlərdə uğurlu çıxış etməyib və hazırkı heyətin müxtəlif mövqelərdə zəif cəhətləri var İspaniya millisinin isə Lamin Yamaldan həddindən artıq asılı olduğu vurğulanıb. Ekspertlər gənc futbolçunun zədədən yeni qayıtmasının və mövsüm ərzində çox oyun keçirməsinin komandanın çıxışına təsir göstərə biləcəyini qeyd ediblər Proqnozlarda Niderland yığmasının da adı çəkilib. Ronald Kumanın rəhbərlik etdiyi komandanın bəzi aparıcı futbolçularının istənilən formada olmaması, eləcə də pley-off mərhələsində güclü rəqiblərlə qarşılaşmaq ehtimalı niderlandlıların işini çətinləşdirə bilər Bəzi mütəxəssislər Argentina və İngiltərə millilərinin də gözlənilən nəticələri verə bilməyəcəyini iddia ediblər. Onların fikrincə, argentinalılar heyətini kifayət qədər yeniləməyib, ingilislər isə əsas futbolçuların mümkün zədələri fonunda ciddi problemlərlə üzləşə bilərlər Qeyd edək ki, mundial iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler