Tenqri
Ana Səhifə
Dünya

DÇ-2026: Bu gün başlayacaq mundial tarixə yeniliklərlə düşəcək

Bu gün start götürəcək futbol üzrə dünya çempionatı bir sıra yeniliklərlə yadda qalacaq "Report"un məlumatına görə, mundial tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə təşkil olunacaq Eyni zamanda, bu, dünya çempionatları tarixində ən çox komandanın iştirak edəcə

0 baxışreport.az
DÇ-2026: Bu gün başlayacaq mundial tarixə yeniliklərlə düşəcək
Paylaş:

Bu gün start götürəcək futbol üzrə dünya çempionatı bir sıra yeniliklərlə yadda qalacaq "Report"un məlumatına görə, mundial tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə təşkil olunacaq Eyni zamanda, bu, dünya çempionatları tarixində ən çox komandanın iştirak edəcəyi yarış kimi tarixə düşəcək. FIFA-nın qərarına əsasən, DÇ-2026-da əvvəlki turnirlərdə olduğu kimi 32 deyil, 48 milli komanda mübarizə aparacaq. Beləliklə, iştirakçıların sayı 16 komanda artırılıb Turnir çərçivəsində rekord sayda - 104 oyun keçiriləcək. Kabo-Verde, Kurasao, İordaniya və Özbəkistan milliləri mundialda debüt edəcəklər Mundialın matçları 16 şəhərdə keçiriləcək. Turnirin əsas yükünü ABŞ daşıyacaq. Belə ki, oyunlar adıçəkilən ölkənin 11 şəhərində baş tutacaq. Kanada və Meksika isə müvafiq olaraq hərəyə 2 və 3 şəhərlə mundial atmosferini yaşayacaq ABŞ-də oyunlara ev sahibliyi edəcək şəhərlər arasında Hyuston, Boston Kanzas, Nyu-York/Nyu-Cersi, Los-Anceles, Mayami, Dallas, Atlanta, Filadelfiya, Sietl və San-Fransisko kimi nəhəng mərkəzlər yer alır. Kanadada oyunlar Toronto və Vankuverdə, Meksikada isə Mexiko, Qvadalaxara və Monterreydə keçiriləcək Meksika və Cənubi Afrika Respublikası komandalarının üz-üzə gələcəyi açılış qarşılaşması Mexikodakı məşhur "Estadio Azteca" stadionunda baş tutacaq. Final qarşılaşması isə ABŞ-nin Nyu-York/Nyu-Cersi bölgəsində yerləşən "MetLife Stadium"da baş tutacaq DÇ-2026 həm iştirakçıların sayına, həm oyunların miqyasına, həm də üç ölkəni əhatə edən təşkilatçılığına görə dünya futbolu tarixinin ən böyük çempionatı hesab olunur A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina E qrupu: Almaniya, Ekvador, Fildişi Sahili, Kurasao H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası Xatırladaq ki, bu gün start götürəcək DÇ-2026 iyulun 19-da başa çatacaq. Mundialın son qalibi 2022-ci ildə Qətərdə təşkil edilən yarışda Argentina millisi olub Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler