DÇ-2026: Azarkeşlər ödəniş müqabilində adlarını stadionlardakı monitorlarda nümayiş etdirə biləcəklər
FIFA futbol üzrə dünya çempionatında azarkeşlər üçün yeni ödənişli xidmət istifadəyə verib AZƏRTAC “The Athletic” nəşrinə istinadla xəbər verir ki, "Super Shoutout" proqramı çərçivəsində azarkeşlər 79 ABŞ dolları ödəməklə adlarını stadionların böyük ekranlarında nümayiş etdirə biləcəklər. Xidmət qr

FIFA futbol üzrə dünya çempionatında azarkeşlər üçün yeni ödənişli xidmət istifadəyə verib AZƏRTAC “The Athletic” nəşrinə istinadla xəbər verir ki, "Super Shoutout" proqramı çərçivəsində azarkeşlər 79 ABŞ dolları ödəməklə adlarını stadionların böyük ekranlarında nümayiş etdirə biləcəklər. Xidmət qrup mərhələsinin 72 oyunu üçün nəzərdə tutulub FIFA əvvəlcə adların matç zamanı monitorda göstəriləcəyini bildirsə də, sonradan bunun yalnız oyundan əvvəl olacağını açıqlayıb. Həmçinin qeyd olunub ki, adların böyük ekranda nə vaxt və hansı müddət ərzində nümayiş etdiriləcəyi əvvəlcədən bildirilməyəcək Bir sifarişlə maksimum dörd müraciət etmək mümkündür. Bu halda ümumi məbləğ vergilər istisna olmaqla 316 ABŞ dolları təşkil edir. Bildirilib ki, xidmət üçün ayrılan yerlərin sayı məhduddur və üstünlük daha tez müraciət edən azarkeşlərə veriləcək FIFA adların stadionda olan azarkeşlər üçün nümayiş etdiriləcəyini, onların televiziya yayımında və ya digər media platformalarında görünəcəyinə zəmanət verilmədiyini bildirib Qeyd edək ki, ali futbol qurumu dünya çempionatı ərəfəsində bilet qiymətləri ilə bağlı da tənqidlərə məruz qalıb. Bir sıra azarkeş təşkilatları qiymətləri həddindən artıq yüksək hesab etsələr də, FIFA əldə olunan gəlirlərin dünya futbolunun inkişafına yönəldiləcəyini bəyan edib Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Kılıçdaroğlu qrup toplantısı böhranından sonra qərargahda danışdı: Biz təmizlənəcəyik, mütləq etibarsızlıq davasını bu partiyanın başına gətirənlərdən hesab çəkməsəm şərəfsiz olaram! | T24

Ədliyyə qarşısında kədərlənən ana: Presedent qərar istəyirik
